Xəyallar ölkəsi İsveçrə haqqında təəccübləndirici faktlar

517 baxış

İsveçrə Qərbi Avropada yerləşir. Ölkə Almaniya, Fransa, İtaliya, Lixtenşteyn və Avstriya ilə qonşudur. 2017-ci ildə əhalisinin sayı 8.42 milyon olan İsveçrənin dənizə çıxışı yoxdur. Ancaq burada yerləşən Alp və Yura dağları İsveçrə təbiətini əsrarəngiz edir. Coğrafi xüsusiyyətlərindən əlavə İsveçrə haqqında bilmədiyimiz çox maraqlı faktlar var.  Elə isə keçək yeni biliklər öyrənməyə! 

Economist Intelligence Unit” araşdırmalarına görə İsveçrə “Yaşanılmalı ən yaxşı ölkə” seçilib. Cinayət hallarının azlığı, rifah səviyyəsinin yüksək olması və insanların özünü xoşbəxt hiss etməsi kriteriyalarına görə “ən yaxşı ölkə” hesab edilir.

Dünyada əsl demokratiyanın olduğu tək ölkə İsveçrədir. Ölkədə tətbiq olunan demokratiyaya görə vətəndaşlar parlament tərəfindən qəbul edilən qanunlara etiraz edə bilərlər. Bu idarəetmə sistemində prezident yoxdur. Qərarlar 7 nəfərlik məclis tərəfindən qəbul edilir.

İsveçrədə təxminən 2.3-2.5 milyon silah olmasına baxmayraq, dünyada cinayət sayı ən az olan ölkədir.

Enşteyn E=mc² düsturunu İsveçrədə kəşf edib.

İxrac etdiyi əsas məhsul şokolad olan İsveçrə həm də dünyada ən çox şokolad istifadə edən ölkədir.

Müharibə olsa ölkə vətəndaşlarının hamısının gizlənə biləcəyi yer var.

İsveçrədə 2016-cı ilin sonunda qeyd olunanlara əsasən 261 bank var.

Dünyanın ən bahalı qəhvəsi Zürixdə satılır.

İsveçrədə heyvan hüquqları çox müdafiə olunur. İsveçrədə sevimli dostlarımız restoran və kafelərdə qəbul olunur. Hər hansı restoranda bir pişiyin və ya itin yemək yediyini görə bilərsiniz.

Süd ölkənin milli içkisi kimi qəbul edilir. İsveçrə südünün ləzzətli olduğu deyilir.

Ölkənin 23%-i xaricilərdən ibarətdir.

Burada 1500-dən çox göl var. Ən məşhur göllər Blausee, Zürix, Cenevrə, Luqano və Klöntalersee-dir.

Nescafe il dəfə olaraq 1938-ci ildə İsveçrədə satışa çıxarılıb.

Ölkənin latınca adı “Confoederatio Helvetica”dır.

Mənbə: bildirchin.az

Demədi Demə

22:00 21.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə