Bığın hər santimetrinə görə VERGİ

443 baxış

Şok   Bığın hər santimetrinə görə VERGİ

Tarixdəki ən qəribə vergi növləri... 

Tarixdə məlum olan ilk vergilər 6 min il əvvəl Misirdə və Mesopotomiyada meydana çıxıb. Və bundan sonra insanlar müxtəlif dövrlərdə fərqli vergi üsulları fikirləşib tapıblar.  Məsələn; 15-ci əsrdə Venesiyada parik vergisi mövcud olub. 18-ci əsrdə isə polşalılar “baca vergisi” verməmək üçün evlərindəki bacaları uçurublar... 
Ən maraqlı vergilərdən biri də bığ vergisi sayılır. Bu qeyri-adi vergi tələbinin tarixi elə də uzaq deyil. 1867-ci ildə Uruqvayın Durazno Şəhər Məclisi bığın hər santimetrinə görə 2 peso vergi qoyubmuş... Amma, əhalinin bu qərara xoş yanaşmaması səbəbiylə sonradan qərar qüvvədən düşüb. 
 Prussiya kralı II Frederick 18-ci əsrdə çəkmə geyinənlərdən vergi yığıb. Bu hadisələr tarixə “Çəkmə vergisi” adıyla keçib. 
 1784-cü ildən 1811-ci ilə kimi İngiltərədə “Şapka vergisi”  mövcud olub.  O vaxt insanların aldıqları şapkalar gəlirlərinin, imtiyazlarının göstəricisi sayılırdı. Elə buna görə də hər kəs öz gəlirinin müəyyən hissəsini vergiyə ödəmək məcburiyyətində idi. 
 Kölgə vergisini də Venesiyada tətbiq ediblər. 18-ci əsrdə şəhər bələdiyyəsi  yol kənarında yerləşən obyektlərdən  kölgəlik istifadə etdikləri üçün pul alırdı.... 
 Balear adasında günəşin doğmasını və qürubunu izləyənlər gündəlik 1 avro vergi verirlər. Bu da “Günəş vergisi”... 
 İdrar vergisi eramızın I ilində Romada yığılırdı. Roma İmperatoru Vaspasian dönəmində idrar dəri işləmə və paltar təmizləmə prosesində ammonyak qaynağı kimi istifadə edilirdi. Buna görə də idrar toplayan işbazlar daim fəaliyyətdə idi. Təbii ki,  bu işbazlar  imperiyaya vergi ödəməliydilər. 
 18-ci-19-cu əsrlərdə Fransa və Böyük Britaniyada “Pəncərə vergisi” vardı. Qanuna görə, hər kəs evindəki pəncərələrin sayına görə vergi ödəyirdi. 
 14-cü-15-ci əsrlərdə Avropanın bəzi ölkələrində araba təkərlərinin izlərinə görə vergi alınırdı. Bu vergi növü tarixdə “Təkər izi vergisi” kimi qalıb. 
 Düzdür, bu gün bu cür gülməli və tragikomik görünən vergi növlərinin çoxu artıq tətbiq edilmir. Lakin, unutmaq lazım deyil ki, vergi hər bir dövlətin bel sütunudur. Və biz də-hər birimiz vergi ödəyicisi olaraq öz məsuliyyətimizi dərk etməliyik. 
 Alış-veriş zamanı da siz Əlavə Dəyər Vergisi (ƏDV) ödəyirsiniz. 2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elan etdi ki,  alınan mallara görə ödənilən  Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi  geri qaytarılacaq.


Tutaq ki, bir ticarət mərkəzinə gedirsiniz, aldığınız mallara ödəniş edirsiniz. Yaxud restoranda hesabı kartla ödəyirsiniz. Evə gəlirsiniz və düşünürsünüz ki, indi, ödədiyim ƏDV-nin bir hissəsini geri alsaydım, nə yaxşı olardı... Videonu diqqətlə izləyin, biləcəksiniz.

Demədi Demə

17:37 19.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə