Ən sürətli internet hansı ölkədədir?

372 baxış

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

Demedideme.az xəbər verir ki, reytinqdə ilk yeri Tayvan tutub.

Sonrakı 4-lükdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

Demədi Demə

17:09 13.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə