Lozannanın (İsveçrə) Federal Politexnik Məktəbinin bakalavr tələbəsi Vasim Dauadi alimlərin 100 il boyunca izah edə bilmədiyi fiziki tapmacanın cavabını tapıb.
Bu haqda “Neue Züricher Zeitung” məlumat yayıb.
Fiziklər anlaya bilmirdilər ki, niyə maye ilə dolu şaquli dar boruda hava köpüyü yuxarı qalxmır, hansı ki, bu, içində mineral suyun olduğu butulkanın açılışı vaxtı olur.
Gənc araşdırmaçı müəyyənləşdirib ki, köpük yuxarı, özü də yavaş-yavaş hərəkət edir. Lakin bu yerdəyişməni adi gözlə görmək mümkün deyil.
Tələbə kəşf edib ki, şüşə və mayenin arasında mövcud olan çox nazik qat havanın hərəkətinə mane olur. Nazik pərdənin ölçüsü millimetrin milyonda bir hissəsini təşkil edir.
O, bunu izah etmək üçün boruda şüşəyə işıq salıb və onun daxili səthindən əks edilmiş işıqla şüşənin səthindən əks edilmiş işıq arasında interferensiyanı (intensivliyin yenidən paylaşdırılması) təhlil edib.
Dauadi hesab edir ki, onun elmi işinin nəticələrini nanodiapazonda mayelərin hərəkəti vaxtı yaranan hadisələrin sonrakı tədqiqatında tətbiq etmək mümkün olacaq.v
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə