İngiliscə bilənlər üçün ispan dilini asanlaşdıracaq 18 taktika

368 baxış

İngilis dili bilib, ispan dili öyrənmək istəyənlər üçün sözün kökü ilə bağlı qaydaları bilmək, işlərini bir xeyli asanlaşdıracaq. Burada sizə 18 taktika təqdim edəcəyik, daha çoxunu özünüz də araşdıraraq tapa bilərsiniz.

1) ingilizcə -ous ilə bitən sözlər ispan dilində -oso olur.
məs.: curious – curioso, numerous – numeroso

2) -al ilə bitənlər iki dildə də eynidir.
məs.: animal, hospital, digital

3) -ct ilə bitən sözlər -cto olur.
məs.: act – acto, correct – correcto, exact – exacto

4) sonu -id ilə bitən sözlər -ido olur.
məs.: acid – acido, fluid – fluido, rapid – rapido

5) -ic ilə bitən sözlərə -o əlavə edilir.
məs.: fantastic – fantastico, basic – basico

6) -ar ilə bitən sözlər əsasən eyni qalırlar.
məs.: familiar, solar, lunar

7) sonu -ary olan sözlər ispan dilində -ario formasını alır.
məs.: canary – canario, diary – diario

8) -ant ilə bitən sözlər -ante‘yə çevrilir.
məs.: abundant – abundante, important – importante, elegant – elegante

9) sonu -ble (-able/-ible) ilə bitən sözlər əsasən eyni qalırlar.
məs.: cable, impos(s)ible, terrible, incre(d)ible

10-11) -ance/-ence ilə bitən sözlər -ancia-encia olur.
məs.: ambulance – ambulancia, tolerance – tolerancia, france – francia
məs.: difference – diferencia, excellence – excelencia

12) -ment ilə bitən sözlər -mento olur.
məs.: argument – argumento, experiment – experimento

13) ispan dilində zərf (adverb) əlavəsi -mente‘dir. Ingiliscə -ly-mente‘yə çevrilir (sözün kökünə diqqət).
məs.: possibly – posiblemente, certainly – ciertamente

14) sonu -ty olan sözlər ispan dilində -dad olur. (sözün kökünə diqqət).
məs.: city – ciudad, community – comunidad, university – universidad

15-16-17) sonu -sion ya da -stion ilə bitən sözlər eyni qalır amma -tion ilə bitən sözlər -cion halına çevrilir (sözün kökünə diqqət).
məs.: expansion – expansion, combustion-combustion, translation – traduccion, station – estacion

18) sonu -gion ilə bitən sözlər əsasən eyni qalırlar.
məs.: religion, legion, region

Mənbə:bildirchin.az

Demədi Demə

16:30 06.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə