Fərqli mənaları olan uşaqların etdiyi 8 qəribə davranış

445 baxış

Uşaqlar böyümə əsnasında dünyanı tanımağa və mənalaşdırmağa çalışırlar. Bu müddətdə isə öyrəşmədiyimiz bəzi davranışlar göstərə bilərlər. Yetişkin insanların anlaya bilmədiyi bu davranışlar isə uşaqları anlamaq üçün olduqca önəmlidir. Nə mənaya gəldiyinizi bilmədiyimiz 8 dəribə davranış…

1. Nəfəsini tutmaq

Uşaqlar əsəbləşdikləri zaman fərqli reaksiyalar göstərə bilərlər. Bəziləri ağlayır, bağırır, bəziləri isə nəfəsini tutur. Uşaqlar bir dəqiqəyə qədər nəfəslərini tuta bildikləri üçün üzləri göyərə bilər. Bu onların idarə edə biləcəkləri bir davranış deyil. Qorxuducu görünsə də, əslində normal bir haldır və əsasən 4-5 yaşa qədər sona çatır. Əgər davamlı olsa, mütəxəssisdən dəstək almalısınız.

2. Paltarlarını soyunmaq

Uşaqlar çılpaq olmaqdan utanmadıqları üçün harda gəldi paltarlarını çıxara bilərlər. Bu davranış, paltarlar onları sıxdığı, tərlədikləri və ya paltar çıxartmağı yeni öyrəndikləri üçün ola bilər.

3. Çirkli suları içməyə çalışmaq

Uşaqlar hamam suyu ilə içməli suyun fərqli olduğunu anlamaya bilər. Digər tərəfdən yoldakı su gölməçələrindəki suyu içməyin də əyləncəli olduğunu düşünə bilərlər. Ona görə də uşaqlarınıza içməli su ilə çirkli suyun fərqini izah etməlisiniz.

4. Başlarını beşiyə və ya fərqli yerlərə vurmaq

Bəzi uşaqlar yuxuladıqlarında və ya gecənin ortasında başlarını beşiklərin tillərinə və ya döşəklərinə vururlar. Uşaqların hardasa 15%-i bunu edir. Bəzi insanlar bunu bir problem olaraq görür. Bəziləri isə özünü sakitləşdirmə davranışı olaraq qəbul edir. Hər bir halda bir mütəxəssisdən yardım almağınız lazımdır.

5. Əşyaları qulaqlarına, burunlarına və ağızlarına soxmaq

Uşaqlar dünyanı kəşf etməyi sevir. Bu səbəblə də bəzi oyunlaqlarını burunlarına, ağız və qulaqlarına soxa bilərlər. Bunu etdiklərində bir şey sınadıqlarını düşünərlər və nə olacağını görmək istəyərlər. Amma təbii ki, burunlarına bir şey girməsi onlar üçün təhlükəli ola bilər.

6. Qəribə şeylər yemək

Uşaqlar böcəklərdən, kimyəvi maddələrə qədər hər şeyi yeyə bilərlər. Yeni şeylər kəşf etmək istəyərlər və bunu etdikləri zaman dad reseptorlarından istifadə edirlər. Amma bu davranışlar onlara zərər verə bilər, ona görə də uşaqlarınızın yemək vədrişlərinə diqqət etməlisiniz.

7. Öz saçlarını yolmaq

2 yaşın altındakı uşaqlar özlərini sakitləşdirmək üçün saçlarını yola bilərlər. Bu yayğın bir uşaq davranışıdır. 3 yaşına gəldiklərində isə valideynlərin buna reaksiya göstərdiyini görüb, diqqət çəkmək üçün edərlər. Daha böyük uşaqlarda isə bu hal psixolojik problemlər səbəbi ilə ola bilər.

8. Hər dəfə eyni kitabı oxumağı istəmək

Bildikləri bir hekayəni təkrar oxmaq onları idarı altında hiss etməklərinə səbəb ola bilər. Bu kontrol isə onlara rahatlıq hiss etdirir. Hekayənin necə bitdiyini bildikləri üçün rahat şəkildə yata bilirlər.

Mənbə:bildirchin.az

Demədi Demə

14:01 06.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə