Gözəlliklərini təbii üsullarla qorumağa diqqət edən qadınlar bu proseslərə bəzən saatlarla zaman xərcləyir. Bəzənsə bu işə bir neçə dəqiqə bəs edir. Osmanlı qadınları da öz dövrlərində bir-birindən maraqlı gözəllik prosedurlarından istifadə ediblər.
Osmanlı dövründəki tibbi bilgilər minlərlə yaşı olan Hind, Roma, İslam və Ərəb mədəniyyətlərinin qaynayıb-qarışması ilə zəngin və dəyərləri hala gəlib. Bu bilgilər içində qadınların gözəlliklərini qoruması üçün nələr etdiyi, hansı bitki tərkibli qarışıqlardan istifadə etdiyi və hansı üsullara üstünlük verdiyi bilgisi də var. Qadınlar hər yaşda və hər çağda öz gözəlliklərinə əhəmiyyət veriblər və dövrə uyğun təbiət möcüzələri ilə gənc və gözəl qala biliblər. Osmanlı dövründə də tez-tez istifadə olunan "çirkin qadın yoxdur, baxımsız qadın var" sözü günümüzə qədər gəlib çıxıb.
Osmanlı qadınları gözəllik üçün cildin təmizliyinə xüsusi əhəmiyyət veriblər. Xüsusilə, cildin dərin formada təmizlənməsi üçün tez-tez hamama gedib kisələnirmişlər. Hamama getmək ənənəsi geniş yayıldığı üçün o dövrdə sabun istehsalı da böyüyüb genişlənib.
Osmanlı dövründə sabunlar insanın istəyinə uyğun şəkildə hazırlanırmış. Lakin sabun saçlarda sərtlik yaratdığı üçün onun içinə mütləq gülxətmi çiçəyi və əməköməci qaynadılaraq yumşaldıcı niyyətinə istifadə edilirmiş. Hamam dərini ölünü hüceyrələrdən təmizləsə də, cildin qısa müddətdə qırışmasına gətirib çıxarır. Buna görə də Osmanlı qadınları efir yağlardan istifadə edib.
Sarayda ən çox istifadə edilən qulluq məhsullarından biri də gül suları imiş. Gül suyu ilə cidlərini silən qadınlar beləliklə həm qırışların, həm də kirlənmənin qarşısını alıblar. Bundan başqa, dəridə çıxan yaraların və çapıqların sağalmasında gül suyu effektiv imiş. Bu qulluq vasitəsi həm də ruhi xəstəliklərin müalicəsində istifadə edilirmiş. Mənbələr məşhur həkim İbn Sinanın da gül suyuna dəyər verdiyini yazır.
Bu gün qulluq formulları və tövsiyələrini bəzi kitab və dərgilərdən oxduğumuz kimi, keçmiş zamanlarda da qadınların əlində belə bir vasitə olub. Məsələn, 16-cı əsrdə italyan qadınları "Trotula" adlı kitabdan istifadə edib. Kitabın yazarları arasında Orta Əsrlər İslam dünyasının məşhur alimi İbn Sina da olub.
İntibah dövründən qalma ev üsulu antiperspirant:
1/3 fincan qabartma tozu
10 damla lavanda və ya evkalipt efir yağı
1 damla nanə və ya səndəl ağacı yağı
3 yemək qaşığı Hindistan qozu yağı
Istəyə bağlı şəkildə 2 yemək qaşığı E vitamini yağı
Hazırlanması:
Bütün məhsulları qatı qarışıq əldə edənə qədər qarışdırın. Boş bir krem qabına qoyun və gündəlik istifadə edin. /gencaile.az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə