Qərar qəbul edərkən beynimizdə nələr baş verir?

340 baxış

  • A) İnsanları necə bəyənirik?
  1. Bəniz rəngi: narıncımsı bənizlə, solğun bəniz arasından insanlar ilkini seçər. Çünki beynimiz onun immunitet sisteminin sağlam olduğunu düşünür, amma solğun olanı isə xəstəlikli olaraq qəbul edir.
     
  2. Simmetriya: Əgər assimetrik bədən quruluşuna sahib olan birini görsəniz (məsələn, sağ qulağı sol qulağından daha kiçik) beyniniz o insanı xəsətlikli olaraq başa düşəcək və xoşuna gəlməyəcək.
     
  3. Qoxu: HLA deyilən proteinlərimiz var. Əgər iki insanın HLA uyğunluğu 6-da 6-dırsa, o insanların qoxuları bir-birlərinə xoş gəlməz. Yəni həmin insanla cütləşməkdən qaçınarsınız, çünki beyin onu qohum kimi başa düşür, eyni zamanda bu insanlar bir-birlərinə böyrək də verə bilərlər.
  • B) Stres
    Beyin uzaqlaşmağını deyir ondan. Ya qaçacaqsan, ya da qurtulacaqsa. Məsələn, zəlzələ anı şiddətlidir, ən asan necə qaça bilərsən? Pəncərədən tullanaraq…

    Stresdən başqa bir qurtulma üsulu isə həzzə yönəlməkdir. Ən asan həzz metodu isə (əgər partnyorunuz varsa) intim əlaqədir. Bu səbəblə, müharibə dövrünün ardından uşaqların doğulma faizi artır.
     

  • C) Həzz verən hər şey “accumbens” təsirinə səbəb olur.
    “Accumbens” artdıqca alınan həzz miqdarı da artır. Həzz = dopamin + endorfin. Kobud bir hesab ilə göstərməli olsaq:
    Dost ilə çay içmək – 10 həzz
    Söhbət edib kofe içmək – 100 həzz
    Sevgilinin səni gözləməsi – 1000 həzz
     
  • D) Aynalama
    İnsanlar başqalarının etdiyi şeyləri etməyə meyillidir. Məsələn, kimsə əsnəyirsə, siz də əsnəyərsiniz, kiminsə zibilləri atdığını görəndə sizin də zibil atmağınız gələr, dostlarınızdan kimsə dərsə gəlməyəndə siz də gəlmək istəməzsiniz, dərs oxuyanları görsəniz, siz də dərs oxumaq istəyəcəksiniz, TV-də təcavüzkarları görəndə sizdə də bunu etmə istəyi oyanacaq.
     
  • E) Endirim
    İnsanlar endirim etdiklərinə özlərini xoşbəxt hiss edirlər. Məsələn, 30 manatlıq bir əşyanı endirim 29 manata alsanız, özünüzü xoşbəxt hiss edərsiniz, və ya 30 manatlıq bir şeyin 29-a düşdüyünü görsəniz, onu almaq istəyərsiniz.
     
  • F) Qəbul etmə
    İnsan qəbul edən bir varlıqdır. Yerini qəbul etmək, bir də qismət demək… Bütün dillərdə bu sözün tərcüməsini tapa bilərsiniz. Bəs nəyi qəbul edirik? Hər şey ola bilər, ölüm? Təbii ki. Öləcəyimizi bildiyimiz halda yaşamağı qəbul edirik.

Demədi Demə

20:49 30.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə