Həftədə cəmi bir saat məşğul olmaqla əldə edə biləcəyiniz 10 bacarıq

370 baxış

Nəyisə yaxşıya doğru dəyişmək üçün çox çalışmaq lazımdır. Lap çox. Doğrudur? Bəs böyük hədəfi kiçik addımlara bölsək? Bəzən dəyişikliklər düşündüyümüzdən daha az səy tələb edir. 

Biz sizin üçün həftədə cəmi 8 dəqiqə sərf edə biləcəyiniz 10 faydalı bacarıq seçdik. 

  1. Özünə daha çox güvənmək

Özünə sağlam inam – xoşbəxt yaşamaq üçün inkişaf etdirməli olan ən vacib keyfiyyətlərdən biridir. Özünə inam güclü olduqda, insan daha enerjili olur və hədəflərinə doğru irəliləməyə başlayır. Bu keyfiyyəti inkişaf etdirməyin bir çox yolu var. 

Hər gün özünüzü daha inamlı hiss etməyə kömək edən fəaliyyətə 8 dəqiqə vaxt ayırın: vərəqə güclü tərəflərinizi yazın, özünüzü tərifləyin, daxilinizdəki tənqidçini “söndürmə” yə çalışın. 

  1. Şüurlu düşüncəni inkişaf etdirmək

Şüurlu düşüncə aydınlıq gətirir və konsentrasiyanı gücləndirməyə kömək edir. Şüurlu düşüncəni tətbiq edən insanlar yeni imkanlar açır, həyata daha pozitiv baxır, stressi idarə edir. Sizin üçün yaxşı xəbər var: gündəlik məşqlər üçün 7-8 dəqiqə kifayət edir. Özüdə istədiyiniz yerdə. 

Düşüncə və istəkləri dərk etmək, onları saxlamaq və onlardan azad olmaq, bizə əsl niyyətimizi müəyyənləşdirməyə imkan verir. 

Master-dzen Tit Nat Xan çox sadə bir məşq tövsiyə edir – “Fikirləri dayandırmaq bacarığı”. Oturun və bütün diqqətinizi nəfəs alma prosesi üzərində cəmləşdirin. Ağlınıza gələn düşüncələrə fikir verməyin. 

  1. Yaradıcı insan olmaq

Özünüzü yaradıcı insan hesab edib-etməməyinizdən asılı olmayaraq, bu istiqamətdə inkişaf etmək faydalı olacaq. Yaradıcılıq – beyinə istirahət verməyin və enerji toplamağın üsullarından biridir. 

Yaradıcılıq özünü ifadə etməyə kömək edir və özünə inamı artırır. Mahnı ifa etməklə, rəsm çəkmələ və ya ədəbi əsər yaratmaqla insan dərin hissələrinə, o cümlədən idarə etmək çətin olan hissələrə toxunur. 

Nəticə barədə düşünməyin. Sadəcə rəsm çəkin, yazın, oxuyun – istədiyinizi edin. 

Ağlınızdan keçəni edin. İstəsəniz ananasları rəngləyə bilərsiniz  . 

  1. Stress ilə mübarizə aparmağı öyrənmək

Hər kəsin çətin günləri olur, bəzən onlar həftələr və hətta aylar davam edir: iş, xırda işlər, problemlər və stress – bütün bunlar həyata sevinc qatmır. Stressi idarə etmə üsulları bu amillərin psixoloji təzyiqini azaltmağa kömək edə bilər. 

Stress əleyhinə atılan addımlar mürəkkəb olmalı deyil, əks halda motivasiyanı itirə bilərsiniz. Çalışın hər şeyi sevinclə edin, qorxmayın. 

Atdığınız addımlara ümumi əhvalınızı yaxşılaşdıran elementlər daxil olmalıdır. 

  1. Nizam-intizamı qorumaq və hər şeyi çatdırmaq

“Daha çox iş çatdırmağın sirri – hər gün görüləcək işlərin siyahısını yazmaq və həmişə əl altında saxlamaq”, – fransız yazıçı Jan de Lafonten deyib. 

Hər səhər gününüzün 7-8 dəqiqəsini planlaşdırmaya sərf edin. Bu faydalı vərdiş sizi nizam-intizamlı, heç vaxt heç nə unutmayan və hər şeyi çatdıran insana çevirəcək. 

  1. Hər hansı bir sahədə ekspert olmaq

Çoxları bu üsulu dəyərləndirmir. Və çox nahaq. Hər hansı bir sahədə ekspert olmaq üçün kitablar oxumaq lazımdır. Kitablar sizə yeni ideyalar, fikir və mövqelərlə tanış olmağa kömək edir. Oxumaq vərdişi – həyat tərzinizə sevinc bəxş edəcək dəyişiklikdir. 

Kitaba 7-8 dəqiqə vaxt ayıra biləcəyiniz günün ən uyğun hissəsini müəyyənləşdirin. Yaxşı olar ki, yanınızda həmişə kitab olsun: çantanıza qoyun, telefonunuza yükləyin. 

  1. Əzələləri möhkəmləndirmək

Hamımız bilirik ki, məşqlər sağlamlıq üçün zəruridir və faydalıdır: çəkini sabitləşdirir, ürəyi və ağ ciyərləri gücləndirir, qanı oksigenlə təmin edir. İdman əhval-ruhiyyəni və yaddaşı yaxşılaşdırır, narahatlıq səviyyəsini azaldır. 

Hər gün 7-8 dəqiqə planka hərəkətini etsəniz (düzü, ilk başlarda bu müddət daha az olacaq. 

  1. Nəfəs alma texnikasını öyrənmək

Düzgün nəfəs alma texnikaları ilə məşğul olan insanlar daha sakit və rahat olurlar. Hər gün 2-3 dəfə məşq edin və bir neçə həftədən sonra irəliləyiş görəcəksiniz. 

“Beşə qədər say” məşqi. Nəfəsinizi içəri çəkəndə beşə qədər sayın. Sonra nəfəsinizi bir saniyə saxlayın və yenidən birdən beşə qədər sayın. 

  1. Optimist olmaq

Hər gün gülümsəyərək beynimizi pozitiv hala gətiririk: neyrofizioloji tədqiqatlar bunu sübut edir. Endorfinlər beynimizə qan axını ilə daxil olur və bütün orqanizmdə yayılır. Alimlərin onlara “xoşbəxtliyin neyromoderator” ları deyirlər. Onlar hətta fiziki ağrı və emosional narahatlıq hissini azaltmağa qadirdirlər. 

Təbəssüm ürək döyüntülərinin sayını və stressi azaldır, bu zehni və ruhi sağlamlıq üçün faydalıdır. İnsanın üz ifadəsi ilə emosional vəziyyət arasındakı əlaqə nəzəriyyəsi: gülümsəyəndə emosional vəziyyətimiz yaxşılaşır. 

Kefiniz olmasa belə gülümsəyin. Səkkiz dəqiqə gülümsəmək sizə çətin gəlir? Uşaqlar və ev heyvanları ilə oynayın, gülməli hekayələr olan veb saytlara baxın – bir sözlə, sizi əyləndirəcək bir şey tapın. 

  1. Rahatlamağı öyrənmək

Əgər işdə qısa fasilələr təşkil edə bilsəniz, beynin də istirahət üçün vaxtı olacaqdır. Beləliklə, stress amillərinin mənfi təsirini azaltmış olacaqsınız. 

Fasilə zamanı iş haqqında düşünməmək çətindir, lakin sizin əsas məqsədiniz “tam sönmək” dir. Çalışın neqativ düşünməyin, güc toplayın. 

Hər gün kiçik addımlar atın. Nəticədə, həyat tərzinizdəki kiçik, lakin əhəmiyyətli dəyişikliklər daha ciddi, müsbət və qlobal dəyişikliklərə səbəb olacaqdır. 

Demədi Demə

13:05 30.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə