Güc zəiflikdədir: İnsanı rəhbərdən liderə çevirən bacarıq

366 baxış

İnsanı rəhbərdən liderə çevirən bacarıq haqqında Forbes jurnalının kolumnisti Brayan Skudamor danışır.

Əksər CEO-lar bu bacarığa sahibdirlər, bəs siz? Brayan Skudamor şübhə və səhvlərin ona milyardlarla dollarlıq biznes qurmasına necə kömək etdiyini izah edir.

“İşdən çıxarılırsan!” – bu, ABŞ prezidenti olan Trampın tez-tez istifadə etdiyi ifadədir. Bu sözləri eşidəndə həmişə həyəcan keçirirəm. Donald Tramp öz dünyasında özünü həmişə qalib hesab edir. Səhvlərin səbəbkarı başqalarıdır, uğursuzluq qazanmaq isə özünü alçaltmaq deməkdir.

Mənim biznes idarəçiliyi sahəsinə əldə etdiyim təcrübə isə tam əksini göstərir: zəif olduğunuzu göstərin. Səhvlərinizi boynunuza alın. İşçilərə risk və uğursuzluğun işin qaçılmaz bir hissəsi olduğunu başa salın. Bu, müvəffəqiyyətə, habelə sənayedə çevriliş edə biləcək şirkətin yaradılmasına aparan yoldur.

Zəiflik mədəniyyəti yuxarıdan başlayır

Öz səhvlərinizi etiraf etməkdən başlayın. Plankanı müəyyən etməsəniz, biznesdəki problemlərinizi həll etmək mümkün olmayacaqdır. 2008-ci ildə necə sürətlə böyüdüyümüzü xatırlayıram, həmin ildə inkişaf edən şirkəti idarə edə biləcək icraçı direktoru işə götürməyimiz lazım idi. Müşavirlərim tələsməməyi tövsiyə etsələr də, mənim başqa planlarım var idi.

Namizədi tez tapdıq – 6 000 mağaza və 30 000 işçini idarə edən şirkətin prezidenti. Təcrübəsini görüb bu namizədi işə götürməyə tələsdim. Təəssüflər olsun ki, tezlikdə onun şirkətimizin korporativ mədəniyyətinə uyğun olmadığını başa düşdük, nəticədə biznesdə bir sıra problemlər üzə çıxmağa başladı. Məsələ orasındadır ki, onunla bağladığımız müqavilənin şərtlərinə görə, işdənçıxarılma bizə çox baha başa gələcəkdi.

Əslində, bütün problemlərimi yeni rəhbərin boynuna qoya bilərdim. Lakin mən bunu etmədim və rəhbərlik heyətimdən üzr istədim. Bu ağrılı nümunə mənə qərar verməkdə tələsməməyi və gecikdirmədən insanları işdən çıxarmağı öyrətdi.

Bu səhvdən sonra yeni icraçı direktoru seçməyə tələsmirdik. Buna nə qədər müddət sərf etdiyim dəqiq yadımda deyil, amma sonda etdiyim seçimdən 100% əmin idim. Onun rəhbərliyi altında portfelimizə (O2E Brands) daha üç şirkəti əlavə etdik.

Zəifliyin nə dərəcədə güclü olduğunu bir sıra şirkətlərdə görmək olar. Məsələn, “Starbucks” şirkətinin rəhbəri Hovard Şults bu yaxınlarda kütləvi ixtisarlara görə əməkdaşlarından üzr istədi, hətta ağladı. Keçirdiyi hissləri və təvazökarlığını nümayiş etdirən Şults, komandasına qarşı laqeyd olmadığını sübut etdi.

Risk mədəniyyəti

Bu əhval-ruhiyyə yuxarıdan başladılsa da, bəzən kifayət etmir. Təşkilatınızda çalışan insanlar manevr edə, uğursuzluğa düçar ola bilərlər. Onlara bunun üçün şərait yaradın. Yaxşı olar ki, şirkətinizdə “Məğlub olmağa hazırıq” adlı bir otaq olsun. Bizim fəlsəfəmiz budur. Rəqabətli sahədə risk etmək tamamilə normaldır. İrəliləyiş riskdən asılıdır. Əlbəttə ki, yeni olan hər şey uğurlu deyil, bunu qabaqcadan bilmək olur.

Cəsarətli, qəribə və hətta ağlabatmaz ideyalar “Məğlub olmağa hazırıq” otağında yaradılıb. Onlardan bəziləri uğursuz, bəziləri isə uğurlu olub. Məsələn, əgər biz bu fəlsəfəni qəbul etməsəydik, bir milyard dollarlıq gəlir əldə etmək məqsədinə çatmazdıq.

Zəifliyi gündəlik proseslərdə də istifadə etmək mümkündür. Biz hər səhər 7 dəqiqəlik iclaslar təşkil edirik. Bu iclaslarda yaxşı xəbərlər və ən ağrılı problemlər müzakirə olunur.

Bu həm böyük, həm kiçik problemlər ola bilər; iclas – hər hansısa problemin həllinə doğru atılmış ilk addımdır. Məsələn, biz gün mənə belə bir sual verdilər: “Şirkəti yeni səviyyəyə qaldıra biləcək CEO sən olduğundan əminsənmi?”.

Əlbəttə ki, bunu eşitmək o qədər də asan deyildi. Eyni zamanda düşünməyə başladım. Mən genişmiqyaslı konsepsiya yaratmışdım və problemdən boyun qaçırmaq əvəzinə, yeni icraçı direktor təyin edərək idarəçiliyimi onunla bölüşmək qərarını verdim. Bu, şirkətimizin yolunu dəyişdi. İndi bu suala görə minnətdaram!

İstəsəniz, özünüzü Trampa oxşadaraq, qaliblər ilə luzerlər arasında dəfedilməz divar tikə bilərsiniz. Lakin unutmayın ki, bəzən məğlubiyyət yeni başlanğıclara yol aça bilər. “Məğlub olmağa hazırıq” qaydası bütün təşkilat daxilində tətbiq olunduqdan sonra işçiləriniz gözlənilməz nəticələr verməyə başlayacaqlar.

Mənbə: banker.az

Demədi Demə

12:00 30.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə