Bu videodan sonra pulları gözü yumulu tanıyacaqsız - Bəs saxta pulları necə tanıyaq?

369 baxış

Bu  videodan sonra pulları  gözü yumulu tanıyacaqsız - Bəs saxta pulları  necə tanıyaq?

Saxta pulu necə tanımaq olar?  Bu günədək heç bu haqda düşünmədinizsə, yaxud bu mövzu haqqında heç məlumatınız yoxdursa,  saxta pulu tanımağın müxtəlif üsullarını nəzərdən qaçırmayın. 
 Dünya gündəmində tez-tez saxta pullar haqqında xəbərlər yayılır.  Saxta pullar  insanları naçar vəziyyətə salır. Zamanla köhnələn, cırılan pullar banklarda dəyişdirilir. Amma, saxta pullar dəyişidirilmir.  Saxta pullar aşkarlanan kimi yox edilir. Əlinizə saxta pul keçdiyində, onu heç yerdə dəyişdirmək mümkün olmur.  Belə vəziyyətlərə düşməmək-saxta pullarla aldadılmamaq üçün saxta pulu tanımağın yollarını öyrənməlisiniz. 
Saxta pulu ayırd etməyin 10 yolu: 
1. Saxta pulun kağızının keyfiyyəti aşağı olur. Əlinizdə həqiqi pul varsa,  saxta pulla onu yan-yana qoyduğunuzda rənglərindəki və keyfiyyətlərindəki fərqi görə bilərsiniz.  Həqiqi pulun səthi nahamar olur, saxta pulda isə bu nahamarlıq olmur.  Bunun səbəbi həqiqi pulun həssaslıqla, mükəmməl bir şəkildə hazırlanmasıdır.  Təbii ki, saxtakarlar bu həssaslığa və mükəmməl texnikaya sahib deyillər. 
2. Holoqram. Saxta pulu ayırd etməyin bir yolu da sadəcə, işıqda görünən holoqramlardır. Həqiqi pulda olan bu holoqramlar saxta pullarda yoxdur. 100 manatlıq əskinasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. 
3. Həqiqi pulların üzərində təhlükəsizlik xətləri var.  Bu xətlər saxtakarların “qorxunc yuxuları”dır.  Onlar bu xətləri saxta pula əlavə edə bilmir.  Dolayısı ilə, saxta pullarda bu xətlər olmur, olsa da, original puldakı kimi parlaq olmur. 
4. Saxta pullarda holoqrafik xətlər həqiqi pullardakı kimi deyil.  Banklardakı xüsusi maşınlar sayəsində pulların üzərində holoqrafik xətlər çəkilir. Bu xətləri müəyyən etmək çox asandır. Əlinizə bir kağız pul alın.  Müxtəlif səmtlərdən pula baxın. Parlaq yansımalar nəzərinizə çarpacaq.   Pulda dördbucaqlının içərisində pulun miqdarını görəcəksiniz. 
5. Saxta pullarda qabartma şriftlər olmur.  Həqiqi pulun üzərindəki yazı və şəkillərdə qabartma şriftləri var. Məsələn, 100 manatlıq əskinasda sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli 100 manat yazısına toxunduqda, onların relyefini hiss etmək olur. Əskinasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. 
6. Saxta pullarda rəngi dəyişən xətlər olmur.  Həqiqi pullarda mərkəzdəki xətlərin rəngi dəyişir.  Əlinizdə pulu hərəkət etdirdikcə, həmin xəttin qızılı rəngə çaldığını görəcəksiniz. 
7. Bütöv görüntü. Həqiqi pulu işığa tutanda pulun o biri üzündəki şəkillərlə bu tərəfindəki şəkillər, sanki bütövləşir. Aradakı bütövlükdə pulun dəyəri də yazılır. Məsələn, 100 manatlıq əskinasda sol tərəfdə manat işarəsi, əskinasın dəyəri, “manat”  yazısı və su nişanını görmək olar. 
8. Saxta pullarda mikroyazılar professional deyil. Həqiqi pulların üzərində mikroskopik  ölçüdə yazılan rəqəmlər var. Bu rəqəmlər pulun dəyərini ifadə edir.  Saxta pullarda bu yazıların səliqəsiz və keyfiyyətsiz olduğunu görmək mümkündür. 100 manatlıq əskinasda İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Original əskinasda qala divarlarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür. 
9. Ultrabənövşəyi işıqda görünən dəyərlər.  Həqiqi pul ultrabənövşəyi işıqda qırmızıya, yaxud maviyə çalır. Təhlükəsizlik xətlərində pulun dəyəri ya mavi, ya da qırmızı rəngdə oxunur.  Ultrabənövşəyi işıq altında 100 manatlıq əskinas aşağıdakı kimi görünür. 
10. Korlara istiqamətlənən xüsusiliklər. Pulların üzərindəki qabartma şriftləri görmə qabiliyyətindən məhrum insanların pulu dəyərləndirməsi üçün çox əhəmiyyətlidir. Onlar barmaqlarıyla pulların üstündəki yazıları asanlıqla “oxuya” bilirlər. 
Onu da qeyd edim ki, 100 manat nominallı əskinasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.

Demədi Demə

17:57 28.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə