İsa Məsihin Qüdsdə yerləşən məzarıyla bağlı araşdırma aparan alimlər qəribə hadisələrlə üzləşiblər.
mütəxəssislər məqbərədən daş lövhəni qaldıran kimi ətrafda sirli hadisələr yaşanmağa başlayıb.
Məsələn, arxeoloqların cihazları qəfildən sıradan çıxıb. Hətta birinci dərəcəli mütəxəssislər belə bunun baş vermə səbəblərini izah edə bilməyiblər. Onların sözlərinə görə, cihazların işinə hansısa naməlum mənşəli elektromaqnitlər mane olub.
Həmçinin alimlərin sözlərinə görə, məqbərədən ətir çıxır.
Qeyd edək ki, 2016-cı ilin Oktyabrında alimlər araşdırma aparmaq üçün İsa Məsihin məzarını açıblar. Məzar 500 il ərzində ilk dəfə açılıb.
Aparılan araşdırmaların məqsədi - Həzrəti İsanın tam olaraq harada və nə şəkildə dəfn edildiyini ortaya çıxarmaqdır
Yəni məzarın doğrudan da isa peyğəmbərə aid olub olmadığ hələ ki tam təsdiqini tapmayıb.
Məzarının yeri bilinən yeganə peyğəmbər isə Məhəmməd Peyğəmbrdir.
Peyğəmbərimizin (s. a. v.) qəbri Səudiyyə Ərəbistanında Mədinə şəhərindədir. Daha dəqiq desək, Mədinə şəhərindəki məscidi-nəbəvinin (peyğəmbər məscidi) içindədir və qibləyə əsasən sol tərəfdə yerləşir.
Peyğəmbərimizin dəfn olunduğu yer öz dövründə xanımlarından biri olan Aişə anamızla yaşadığı evi idi. Həmin ev hücreyi-səadət adlanır. Bu yer o vaxt məscidin yanında idi. Sonra orada genişləndirmə işləri aparıldı. Nəticədə məscidin içində və qiblə istiqamətinə nəzərən sol tərəfdə qaldı.
1-ci xəlifə Əbu Bəkr (r. a.) və 2-ci xəlifə Ömər (r. a.) də peyğəmbərimizin yanında dəfn olunublar.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə