Koronavirus 5G ilə Yayılır? - ŞOK OLACAQSIZ

416 baxış

#Koronavirus, #5G, #COVID19 
Gəlin belə bir test eləyək. Kimlər  korono virusun təbi şəkildə ortaya  çıxdığına inanır?
Kimlər  bioloji  silah olduğuna, kimlər isə 5 G texnologiyalarının səbəb  olduğuna

Şərhə  fikirlənizi  yazin yazi 

Koronavirusun  getdikcə daha çox can aldığı bir vaxtda hamı ümidlə onun dərmanının tapılacağını gözləyir. Təbii ki, hər gün yeni iddialar ortaya atılır, yeni fikirlər, nəzəriyyələr meydana çıxır. Hansının doğru, hansının yanlış olduğunu söyləməksə, hələlik, tezdir. 

  Son günlərdə  internetdə Covid-19-un səbəbinin 5G texnologiyaları olduğu barədə iddialar baş alıb gedir.  Sosial mediada bu cür paylaşımlar edənlər israrla koronavirusun yeni nəsil mobil telefon texnologiyası 5G-nin dalğaları ilə yayıldığını  deyirlər. 

 “Çarəsizlik insanlara “heç vaxt etmərəm” dediklərini  etdirir”... İddiaların yayılmasından az sonra İngiltərənin  Brimingham və Merseyside bölgələrində baza stansiyalarının yandırılması  koronavirusun əlində naçar qalan insanların sonuncu cəhdi kimi dəyərləndirilə bilər. Hadisələrin həmən ardından İngiltərə hökuməti  iddiaların doğru olmadığı barədə rəsmi açıqlama verib. 

 Çində isə insanlar “koronavirus 5G dalğaları ilə yayılır” iddiasını eşidər-eşitməz bütün qadağa və karantin qaydalarına üsyan edib küçəyə axışdılar... 

(video-Çin)
 5G  şəbəkəsiylə bağlı iddialar  artıq Facebook, Youtube və İnstagram kimi sosial media platformalarında sürətlə yayılmaqdadır.

  Bu barədə status paylaşanların çoxu  bir ingilis həkimin kameraya danışdıqlarına  istinad edir.
(video-həkim qadın)


Amma, elm adamları Covid-19 ilə 5G arasında heç bir əlaqə olmadığını deyirlər. 

İngiltərə Milli Səhiyyə Xidmətləri (NHS) mərkəzinin direktoru Stephen Powis bu iddiaları “dəlilik” adlandırmaqla qalmayıb. Əlavə edib ki, “bu  cür yalan iddiaları yaymaq  ən saxta  xəbər növüdür”. 
 İlk dəfə yanvar ayında  internetə sızmağa başlayan bu iddianın müdafiəçiləri də öz aralarında iki cəbhəyə bölünüb: 
1) Bəziləri deyir ki, 5G insanların immun sistemini zəiflədir, beləcə, insan orqanizmi virusla mübarizədə məğlub olur. 
2) İkinci qrupdakılar isə fikirləşir ki, “koronavirus çox ağıllıdır, o, 5G texnologiyalarının dalğalarından istifadə edərək sürətlə yayılır”. 

İngiltərənin Reading Universitetinin  mikrobiologiya üzrə mütəxəssisi Dr. Simon Clarke BBC-yə verdiyi açıqlamasında həmkarı Powis`lə eyni fikirdə olduğunu deyib. O da bu iddianı “ağılsızlıq” adlandırıb. Ayrıca, Clarke  vurğulayıb ki: “5G-nin immun sistemimizi zəiflətdiyi nəzəriyyəsini müdafiə etmək imkansızdır. Yorğunluq, aclıq, düzgün qidalanmamaq kimi bir çox səbəbdən immunitetimiz zəifləyir. Çox güclü radio dalğaları isinməyə səbəb ola bilər, amma, 5G üçün istifadə edilən dalğalar bu qədər güclü deyil ki,  kürəsəl isinməyə, hətta, insan orqanizminə  böyük təsir göstərsin”. 


ST; Dünyanın müxtəlif ölkələrindən iddialarla bağlı fikirlərini bildirən elm adamlarının əksəriyyəti  öz açıqlamalarında bir nöqtəyə diqqət çəkib: 

“Ən zəif işıq belə 5G üçün istifadə edilən dalğalardan güclüdür. Günəş işığı və tibbi rentgendən fərqli olaraq, bu dalğalar hüceyrələrə təsir etmə, yaxud zədələmə gücünə malik deyil...” 
 Bristol Universitetinin pediatrı professor Adam Finn  də iddialara gülümsəyənlər sırasındadır. Onun sözlərinə görə, “insandan insana keçən koronavirusun mobil telefon dalğaları vasitəsilə yayılmasını düşünmək absurddur”. 

Atalarımızın bir məsəli də var. Deyirlər, “od olmayan yerdən tüstü çıxmaz...” Bəs, görəsən, 5G  texnologiyaları,  həqiqətən də,  sağlamlığımız üçün təhdiddirmi? 

Radio dalğalarının və radiasiyanın insan sağlamlığına verdiyi zərərləri ilk dəfə 1932-ci ildə alman alimi Erwin Schliephake (Şlipheyk) dilə gətirib. 1948-ci ildə Moskva Sənaye İnstitutunda 1000 nəfər üzərində aparılan sınaqlardan sonra mikrodalğaların insan orqanizmə zərərləri belə sıralanıb: 

-sinir sisteminin pozulması;
-depressiya və özünəqapanma;
-xroniki yorğunluq və yuxusuzluq;
-baş ağrıları, miqren;
-daxili gərginlik və gülməyi tərgitmək; 

 2000-ci illərin əvvəllərində alman alimləri mobil telefonların sahiblərini zehni cəhətdən yorduğunu, onlarda diqqət dağınıqlığı  yaratdığını və stress  təhlükəsi olduğunu açıqladı.  Ardınca Vyana Universitetinin həkimi Michael Kundi  son on ildə beyin şişlərinin sürətlə artdığını, buna da yeni nəsil texnologiyaların səbəb olduğunu  söylədi. 

Demədi Demə

18:47 13.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə