Dünya koronavirusla savaşırkən, Pakistan da çəyirtkə istilasına qarşı mübarizə aparır. Hələ fevralın sonunda Çin Pakistana çəyirtkələrlə mübarizədə kömək üçün 100 ördək göndərəcəyini açıqladı. İnternetdə yayılan videolardan belə görünür ki, Çin sözünü tutub...
Keçən il çəyirtkələr Pakistanda pambıq tarlalarına hücum çəkib. Bu il isə onların hədəfi buğda zəmiləridir. Göründüyü kimi, pakistanlılar çəyirtkələrlə mübarizədə Çin təcrübəsini əsas götürərək ördək ordusu yaradıblar.
20 il əvvəl Çinin Sincan vilayətində çəyirtkələri yox etmək üçün ördəklərdən istifadə edilib. Ciciang Kənd Təsərrüfatı Elmləri Akademiyasının araştırmaçısı Lu Lici deyir ki: “ Bir toyuq gündə 70, bir ördəksə 200 çəyirtkə yeyir. Bu da o deməkdir ki, çəyirtkələrlə mübarizədə ördəklər toyuqlara nisbətən 3 dəfə daha artıq faydalıdır”.
Elmi araşdırmaçı daha sonra ördəklərin bəzi xüsusiyyətlərini açıqlayıb. Onun sözlərinə görə, ördəklər qrup halında yaşamağı sevdiyindən, onları idarə etmək daha asandır. Üstəlik, ördəklər yalnız çəyirtkələrlə və yabanı otlarla qidalanır, əkinə heç bir zərər vurmurlar. Son olaraq mütəxəssis bildirib ki: “Ördəklər daha ağıllıdır, arxalarında bir çəyirtkə qozası belə buraxmırlar”.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə