Bu qadın düz 500 il buzun içində qalıb - alimləri şoka salan 5 tapıntı

465 baxış

Buzda donaraq ölmək insanlar üçün ölümün ən qorxunc formalarından biridir.  Amma, elm adamları və arxeoloqlar heç də belə fikirləşmir.  Onlar buzları “ən yaxşı və etibarlı dost” adlandırırlar.  Bu da səbəbsiz deyil. Buzlar bioloji cəhətdən tez xarab olan nəsnələri-heyvan və insan DNT-sini belə pozulmaqdan və çürüməkdən qoruyur. 
Videomuzda buzun bu xüsusiyyəti nəticəsində illərdir pozulmadan günümüzə qədər gələn 5 əsrarəngiz  tapıntını  izləyəcəksiniz. 

1. Alp dağlarına dırmanan fransız alpinist təsadüfən buzların altında bir xəzinə kəşf edir.  O,  üstündə Hindistanda istehsal olunduğu yazılan kiçik qutunu açır və orada kiçik kağız torbalar olduğunu görür. Kağız torbaların içindən isə qiymətli daşlar və mücəvhərlər tapır. Fransız alpinist heç kimə söyləmədən tapdıqlarını mənimsəmək əvəzinə xəzinə barədə aidiyyatı qurumlara xəbər verir. Bundan sonra Fransa hökuməti  377 milyon dollar dəyərə malik xəzinənin kimə aid olduğu barədə araşdırmalara başlayır.  Çoxsaylı insanların araşdırmaya cəlb olunması işin həllini sürətləndirir. Tezliklə, məlum olur ki, xəzinə, həqiqətən, 1950-ci ildə ölən bir hindlinin olub. Maraqlı budur ki, 1950-ci ildə  alpinistin xəzinəni tapdığı ərazidə Hindistana məxsus iki sərnişin təyyarəsi toqquşub və  əksər sərnişinlərin ölümü ilə nəticələnən faciə yaşanıb. Xəzinənin günümüzə qədər olduğu kimi qalmasına isə qalın buz qatı səbəb olub. 
2. Buzların altında tapılan meşə daha cəlbedici səslənir.  2012-ci ildə Alyaskanın Mendenhall buzluqlarının altında böyük meşə kəşf edilib. Məlum olub ki, hümdürlükləri 1.2-1.5 metr olan  küknar ağacları yarım əsrdən artıq buzun altında qalıb. Mütəxəssislər  qlobal istiləşmə səbəbiylə yavaş-yavaş ortaya çıxmağa başlayan ağaclarla bağlı araşdırmalarını hələ də davam etdirirlər. 
3. Rusiyanın Yakutiya bölgəsində yerli ovçu əvəzi olmayan bir kəşfə imza atıb. O, buzun altından tüklü kərgədan balasının qalıntılarını tapıb.  Alimlərin hesablamalarına görə, bala kərgədan, nə az-nə çox, düz  10 min yaşındadır.  Bu cür-dərisi bütöv şəkildə qorunan ilk bala kərgədan olaraq tarixə keçən tapıntı  nəsli kəsilən heyvanlarla bağlı araşdırmalar aparan elm adamlarını çox sevindirib. Onlar buzun qoruduğu  qalıntılardan DNT nümunəsi əldə etməyə çox ümidlidirlər. 
4. Argentina və Çili sərhəddindəki bir vulkanın zirvəsindən isə 15  yaşlı qızın cəsədi tapılıb.  500 il əvvəl qurban etmə mərasimində öldürülən və  torpağa basdırılan qızın paltarı da buzun sayəsində olduğu kimi qalıb. Yarım eradan sonra qızın bədənində heç bir pozulma olmadan kəşf edilməsi arxeoloq və anatomlar üçün əsl sürpriz olub. Mütəxəssislər ölüm zamanı qızın ağciyərlərində infeksiya olduğunu da aşkarlayıb. 
5.  2010-cu ildə Sibirdə qalın buz qatının altından mamont tapılıb. Elm üçün “yeni açılan qapı” olaraq adlandırılan mamontun yaşının 40 mindən artıq olduğu hesablanıb. “Bu qədər yaşlı qalıntının 90% olduğu kimi qalması bizim şansımızdır”-deyə araşdırmaya başçılıq edən alimlərdən biri bildirib. Alimin sözlərinə görə,  mamontun yaxınlığında tapılan tünd-qırmızı mayenin onun qanı olduğu artıq dəqiqləşib. “Bu qan sayəsində klonlama prosesinə də gecikmədən başlamaq ümidindəyik”-deyə alim əlavə edib.

Demədi Demə

11:21 20.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə