Qocalmaq istəmirsizsə səhərlər 15 dəqiqə bunu edin

481 baxış

Vaxta qənaət…Dəyərli xəzinənizi doğru xərcləyin… 


  İndiyə qədər  “vaxta qənaət” mövzusunda bir neçə video hazırlamışam. Amma, düşünürəm ki, “qaçıram”, “yüyürürəm” dediyimiz bir dövrdə  bütün işlərimizi sona çatdırmaq üçün bu mövzuya yenidən baş vura bilərik… Bu gün 10 maddədə vaxtınıza necə qənaət edə biləcəyinizdən danışacağam. 


1. Planlı yaşayın. Hər axşam sabah görəcəyiniz işlərin siyahısını tutun. 
2. Tezdən oyanın. Dan ağaranda oyanmaq gün ərzində rahat olmağınıza səbəb olacaq. Bundan əlavə, naharadək işlərinizin çox hissəsini yerinə yetirəcəksiniz. 
3. Beş-on dəqiqəlik idman edin. Gecə ərzində tənbəlləşən əzələlərinizi hərəkət etdirməniz  qıcolmaların qarşısını alacaq. 
4. Duş alın. Səhərlər alınan 5 dəqiqəlik ilıq duş gün boyunca gümrah və enerjili  hiss etmənizə səbəb olacaq.  Axşam alınan ilıq duş isə rahat yuxunun açarıdır. 
5. Dişlərinizi duş aldığınız  zaman fırçalayın. 
6. Yaxşıca səhər yeməyi yeyin. Səhər süfrəsində doyunca yesəniz, gün boyunca enerjili və aktiv olacaqsınız. Səhər yeməyindən sonra 5 dəqiqəlik də olsa istirahət mütləqdir. 
7. Hər axşam sabahkı hava proqnozuna diqqətlə qulaq asın. Nə geyinəcəyinizə axşamdan qərar verin. 
8. Həmişə yanınızda bir kitab olsun. Bu, elektron kitab da ola bilər. Nəqliyyat vasitələrində və yaxud  gözləmə zallarında zamanınızı dəyərləndirin. 
9. Məqsədinizə doğru irəliləyin və hədəfinizə köklənin. Bir neçə işi eyni vaxtda görməyə çalışmanız sizi gecikdirəcək və  zehninizi yoracaq. 
10. Ödənişlərinizi və alış-verişinizi internet vasitəsilə edin. Beləcə,  müxtəlif ofislərin, bankların gözləmə zallarında itirdiyiniz vaxta qənaət edəcəksiniz… Bunun üçün də bankların mobil tətbiqlərindəki avtomatik ödəniş xidmətlərindən istifadə  edin. 


 Avtomatik ödənişlərdən söz düşmüşkən, videomuzda  “BirBank mobil tətbiqində ödənişlərimi  necə avtomatik edə bilərəm?” sualının cavabını da tapa bilərsiniz… 


BirBank mobil tətbiqində ödənişlərinizi avtomatik etmək üçün “ödənişlər” menyusundan “seçilmişlər” bölməsinə keçin və “+”  düyməsini sıxın. 
Açılan yeni səhifədə istədiyiniz ödəniş kateqoriyası və provayderi seçin. 
Növbəti səhifədə ödəniş parametrini daxil edin. 
Açılan səhifədə seçilmiş ödənişin adını təyin edin. Ödəniş aparılacaq kartınızı və ya hesabınızı seçin. 
Və “davam et” düyməsini sıxın. Yeni açılan səhifədə “avtomatik ödəniş” düyməsini aktivləşdirin. Bu zaman qarşınızda iki seçim meydana gələcək. “Borc üzrə ödəniş” seçimini etdiyiniz halda avtomatik ödəniş borc məbləği əsasında həyata keçiriləcək. Burda siz borc üzrə silinəcək maksimum məbləği də təyin edə bilərsiniz. “Məbləğ üzrə ödəniş” seçimini etdikdə isə siz daxil etdiyiniz məbləğin müəyyən etdiyiniz tezliklə silinməsini təyin edə bilərsiniz. 
Qeyd olunan məlumatları daxil edin və “saxlamaq” düyməsini sıxın.  
BirBankda avtomatik ödəniş yaratmaq əməliyyatı uğurla başa çatdı.

Demədi Demə

12:41 15.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə