Milyonçuların gizli evləri - pulları burda gizlədirlər

465 baxış

Varlı sözü  varlıların yaşadıqları yeri anlatmaqda acizdir. Mövzu puldusa, insanlar çox şeyi gözə alır. Amma, bəzən öz varını gizlətmək üçün ən ağlagəlməz yerlərdə ev tikdirənlər də var. 
1. The Oppidum. Çexiyadakı bu möhtəşəm kompleks geniş əraziyə malikdir. Ətrafdakıların gözlərindən uzaqda yaşamaq istəyən varlılar üçün tikilib. Sığınacağın yer altında üzmə hovuzu, restoranı belə var. Bura girən 10 il çıxmadan yaşaya bilər. Hətta, sığınacağın 10 ilə yetəcək  qədər  enerji ehtiyatı da var. Güvənlik məmurları yer üstündə olan sığınacağa barmaq izi, göz izi kimi özəl şifrələrlə girilir. Ilk olaraq bura 1984-cü ildə hərbi sığınacaq kimi inşa edilib. 
2. Şüşə ev. Kaliforniyadadır. Ilk baxışdan ətraf aləmdən seçilmir. Sahibi sənət adamıdır. Elə ona görə də evi sənət əsəri adlandıra bilərik. Ev, ətrafında nə varsa əks etdirir. Bir buqələmin kimi  gün ərzində müxtəlif  şəkillərə düşür. 

3. Keret house. Dünyanın ən dar evi. Polşanın paytaxtı Varşavada, iki binanın arasındadır. Ideyası  Polşalı memar Yakop Janski tərəfindən

İrəli sürülüb. Yoldan keçənlər burda ev olduğunu ağıllarına belə gətirməzlər. Simvolik olaraq, bu ev  həmişə sənət adamlarına-rəssamlara, yazıçılara, musiqiçilərə yeni əsər yaratmaları üçün həvalə edilir. Evin ən enli yeri 122 sm, ən dar yeri 72 sm-dir.

4. Casa Na Mata. Yağış meşələrinin ürəyindəki "meşə ev"... 2015-ci ildə tikilən bu bina qonaqlarına meşənin mistikasını və lüks həyatı ərməğan edir. Əvvəllər şəxsi ev kimi tikilib. Lakin cazibəsi buranı turistik məkana çevirib. Hazırda Braziliyanın simvolları siyahısına düşmək uğrunda mübarizə aparır. 

5. Eko ev. "Mançester Unated"-in keçmiş futbolçusu Gerinin bu evi İngiltərədədir. 930 kvadrat metrlik evə 8 mln funt sterlinq xərc çəkildiyi deyilir. 4 yataq otağı olan ev  çiçəyə bənzəyir. Gülün 6 ləçəyi də harmoniya təşkil edir: hovuz, qaraj, uşaqlar üçün oyun meydanı, mətbəx, yataq otaqları və hamam otağı... Evin enerjisi günəş enerjisi ilə təmin olunur. 

6. Uçurum ev. Islandiyadadır. Aleks Horqrefin ideyasıdır. Evdə uçurumun kəskinliyini hər an xatırladan dekorasiya mövcuddur. Burda daim küləyin və qayaya çırpılan dalğaların səsi duyulur. 

7. Hobbit evi. "Üzüklərin hökmdarı"ndakı Hobbit kəndi artıq realdır. Amerikadakı bir firma xəyalları reallaşdırır. Bu yaşıl evlər bütün hava şəraitlərində yaşanılabiləcək şəkildə inşa edilib. 

8. Casa Brutale. Krutarizm tərzinin yaradıcılarından birinin tikdiyi bu ev çox maraqlıdır. Qayaların arasındakı bu ev  vəhşi təbiət ilə modern insanın vəhdətidir... Evin damı şüşədəndir. Və şüşənin üstü də üzmə hovuzudur. Ev Egey dənizini seyr edir. 

Ən maraqlı saydığınız hansı evdir? Rəylərdə yaza bilərsiniz.

Demədi Demə

14:01 09.12.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə