Gəlinlik bütün qadınların uşaqlıqdan geyinməyi arzuladığı paltardır. Ona görə yox ki, onda ərə gedirlər, ona görə ki, mərasimin əhəmiyyəti sanki bu paltarın xüsusi olmasını tələb edir. Gəlinlik donunun rəngi, üslubu mərasimin əhəmiyyətindən, həmçinin toy iştirakçılarının dinindən və mədəniyyətindən asılı ola bilər.
Zamanla inkişaf edən və dəyişilən paltarlar gəlinliyin yaranması üçün stimul olur. Belə ki, gəlinin toyda seçilməsi, digər xanımlardan ayırd edilməsi üçün gəlinlər daha fərqli geyinməyə başlayır. Şərq mədəniyyətində gəlinlər şans və məhəbbət simvolu olan qırmızı gəlinlikləri seçərdilər. Bu ənənə az da olsa, hələ də bir çox şərq ölkələrində davam edir. Qərb mədəniyyətində isə gəlinlər çox vaxt XIX əsrdə kraliça Viktoriya sayəsində məşhur olan ağ gəlinliklərə üstünlük verirlər.
Qırmızı gəlinlik – türk ruhunda toy geyimidir.
Türk adətlərinə görə, gəlin yalnız qırmızı geyinməli idi. Türk inancına görə, qırmızı rəng müqəddəslik, bəkarət, namus və baş ucalığı rəmzidir. Qədim türk torpaqları olan Azərbaycanda da gəlinlər dədə-babadan qırmızı rəngdə geyiniblər. Çox qədim dövrlərdən yaxın keçmişədək bütün gəlin geyimləri əsasən, al-qırmızı rəngdə olub. Bu geyimin üzərində sarı (Günəşin rəmzi olaraq), ağ (saflığın rəmzi olaraq) naxış çalarları olardı. Qırmızı rəng toy günü başmaqlarından tutmuş duvağına, xınasına qədər qırmızıya bürünən türk qızının gözəlliyini əks etməyə xidmət edirdi.
Azərbaycan toylarında gəlin paltarını oğlan evinin adamları hazırlayırdı. Daha dəqiq desək, toy gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu.
Qırmızı qurşaq – müasir toylara miras qalan yeganə qədim adətdir
Əksər hallarda toylarda gəlinlərin belinə qırmızı bir qurşaq, lent bənd edilir. Bu lenti gəlinin belinə qardaş və ya yaxın bir oğlan qohumu bağlayır. Bunun anlamının nə olduğunu bəlkə də çoxları bilmir, sadəcə adət kimi əməl edirlər. Yaşlı nəslin nümayəndələri deyir ki, qırmızı belbağı gəlinin baş ucalığıdır. Belə ki, əgər ata, qardaş evdən çıxan qızın belinə qırmızı qurşaq bağlayırsa bu o deməkdir ki, biz qızımızın namusuna, bəkarətinə və tərbiyəsinə əminik. Belinə qırmızı qurşaq bağlanaq qız ata evindən alnı açıq, üzü ağ, qürurla çıxırmış. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər.
Zamanla türk elləri istilaya məruz qaldıqca adətlər də kənar təsirə məruz qalıb. Bu mədəniyyətdə, geyimdə də özünü göstərib. Indi qırmızı gəlinliklərin yerini saflıq və məsumluq rəmzi hesab olunan ağ gəlinliklər alır
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə