İNANILMAZ! Sən demə korlar xərçəng olmurmuş - MÜTLƏQ BAXIN

558 baxış

Uzun illərdir ki, tibb elmi xərçəngə qalib gəlmək üçün yorulmadan mübarizədədir. Az qala hər gün “xərçəngin dərmanı tapıldı”  və ya buna bənzər başlıqlı xəbərlər oxuyuruq. Amma, indiyədək xərçəngi yox edən radikal bir nəticə əldə edilməyib. 
Adını eşidəndə qulağımızı çəkdiyimiz xərçənglə bağlı yeni bir iddia da bu günlərdə meydana atılıb. İngiltərədə işləyən bir türk həkim yeni nəzəriyyəsini elan edib. Onun nəzəriyyəsinə görə, görmə qabiliyyətindən məhrum olanların xərçəngə tutulma riski yox dərəcəsindədir. 
Newcastle Universitetinin əməkdaşı, uzun müddət xərçənglə bağlı araşdırmalarda iştirak edən Tevfik Dorakın iddiası dünya tibb elitasının nəzərini cəlb edib. Türk həkimin son illərdə apardığı araşdırmalar xərçəngin qaranlıqla  birbaşa əlaqəsi olduğu istiqamətində idi. Dorak`ın nəzəriyyəsinə görə, korların 99%-i xərçəngə tutulmur. Çünki, onlar  zehni olaraq daimi qaranlıqdadır. Qəribəsi budur ki, statistik rəqəmlər də Dorak`ın nəzəriyyəsini təsdiqləyir. 
Məsələnin özəyində dayanan hormon melatonindir.  Yuxu hormonu kimi məhşur olan melatonin qaranlıqda daha sürətlə işləyir.  Korlarda bu hormon daim  iş başındadır. Bundan əlavə, melatonin immun sisteminin nizamlanmasına da müsbət təsir göstərir. Həmçinin, hüceyrələrin yenilənməsinə kömək edir. Bu da öz növbəsində qocalığı ləngidir. Həkimlər nizamlı şəkildə yatmağın insan sağlamlığı üçün əhəmiyyətini daim vurğulayır. Sağlam bir insan üçün ən uyğun yuxu saatları 23:00 ilə 03:00 arasıdır. 
Tevfik Dorak nəzəriyyəsini siçanlar üzərində sınadığını da gizlətməyib. Onun sözlərinə görə, kor siçanlar sağlam  həmcinslərinə nisbətən 7 dəfə daha uzun yaşayır. 
Uşaqlıqdan hamımız yatmaq üçün oxunan laylalarla böyüdük... O laylalarda yatmaqla böyümək arasındakı əlaqədən söz açılırdı. Çünki, yatdığımız zaman orqanizm öz-özünü daha sürətlə yeniləyir. Maraqlıdır,  Tevfik Dorak`ın nəzəriyyəsinin bizim gündəlik həyatımıza bir aidiyyatı varmı? 
Xərçəngdən qorunmaq üçün özümüzü kor etməkdən danışmaq dəlilik olardı. Amma, türk həkimin araşdırması  rahat bir yuxunun  sağlamlığımıza müsbət təsir göstərdiyini  bir daha sübut etdi.  Axşam vaxtı kofein tərkibli yemək və içkilərdən uzaq durmaqla, telefon, komputer və televizor kimi elektronik cihazları söndürməklə  yuxu rejimimizi qoruya bilərik. Həmişə dediyim kimi, sağlam bir insan sutka ərzində, ən azı, 7-8 saat yuxu yatmalıdır.
Tevfik Dorak`ın nəzəriyyəsinin özünü doğrultduğu başqa bir məqam isə, yuxusuzluqdan əziyyət çəkən insanların xərçəngə tutulma riskinin artmasıdır.  Buna misal olaraq gecə növbəsində işləyən insanlar üzərində aparılan araşdırmaların nəticələrini göstərmək olar. Məlum olub ki, gecələr işləyən insanlar  gündüz növbəsindəki həmkarlarına nisbətən daha çox xərçəngə tutulur.

Demədi Demə

17:41 18.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə