Azərbaycandakı bu göldə MİLYONLAR YATIR - Sadəcə yarım metr dərinlikdə...

523 baxış

Planetimizdə elə əsrarəngiz guşələr mövcuddur ki, onlara baxarkən yalnız bir söz deyə bilirik: bu ola bilməz!

Sirlərlə dolu planetimizdə hələ də açıqlaması olmayan məkanlar mövcuddur. Bu yerlər insanlara sirli olmaqla yanaşı qəribə hətta qorxunc gələ bilər.

Yaşadığımız planet müxtəlif sirrlər və sürprizlərlə doludur.Bu sirrli yerlərdən nümunə kimi yer kürəsindəki Çəhrayı rəngli gölləri 
göstərmək olar. Dünyadakı cəmi 9 çəhrayı rəngli göldən birinin ölkəmizdə olduğunu bilirdiniz?
Siz Bir Bax kanalını izləyirsiz..Diqqətiniz bizdə olsun..

Bu göllər Seneqalda ,Avstraliyada İspaniyada,Kanadada və Fransada yerləşir.. Maraqlı məqam ondan ibarətdir ki, bu siyahıda ölkəmizin də adı var. Masazır gölü həmin çəhrayı göllərdən biridir.Azərbaycanın ölü dənizi sayılan Masazır gölü Bakıdan 21 kilometr məsafədə yerləşir. Göl ölkəmizin ən şorsulu və duzlu su hövzəsi sayılır.


Bu göldən 1813-cü ildən başlayaraq mütəmadı şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km²-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcüddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.
Müqayisə üçün bildirək ki, dünyanın ən duzlu gölü Don Juan gölüdür. Don Juan gölü Antarktidanın Viktoriya torpağı adlı ərazində yerləşən Rayt dərəsinin qərbində yerləşir. Don Juan gölü dayaz, hamar səthi olan, çox duzlu göldür. 

Bu göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Bu, təbii sərvətdir .Bu sərvəti qorumaq üçün ətrafına dəmir hasar çəkilib. Göl 24 saat mühafizə olunur.

Əvvəllər buradan kənd sakinləri kustar üsulla, natəmiz şəraitdə yığılan duzu insanlara satırdı. Zavod yaradılandan sonra artıq o şəraitə icazə verilmədi və həmin insanlar zavoda işə götürüldü.
Masazır duz zavodu illərdir “Kosher” sertifikaının tələblərinə uyğun fəaliyyət göstərir.

Gölün bütün perimetri boyu kanalizasiya xətləri və kollektor mövcuddur ki, bununla da gölə tullantı sularının axıdılmasının qarşısı alınır.

Demədi Demə

11:39 16.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə