Bu qız düz 2 il 60 metrlik ağacda yaşayıb

486 baxış

Qız ağacda 2 il yaşadı, ağacı qorumaq üçün! 

 1997-ci ildə ABŞ-ın Kaliforniya ştatında  Culiya Hill  “Luna” adını verdiyi ağacı qorumaq qərarına gəlir.  60 metr hündürlüyü olan ağacın 500 ildən artıq yaşı vardı. Və bir şirkət növbəti layihəsini həyata keçirmək üçün ağacı kəsmək istəyirdi. Hətta,  “Qırmızı ağacın”, yəni sekvoyanın gövdəsində mişarla iz də açılır. 10 dekabr  1997-ci ildə 23 yaşlı Culiya  ağaca dırmaşır. Beləcə, “sonunu düşünən qəhrəman olmaz” deyimində olduğu kimi, o,  ağacın xilaskarına çevrilir.  “Qırmızı ağac”ı özünə ev edən Culiya 2 il ərzində 50 m yüksəklikdə yaşayır. Onun ümumi sahəsi 3 m2  olan evində minimal həyat üçün hər bir şərait vardı: mətbəx, hamam otağı, yağış sularının yığılması üçün avadanlıq, hətta, kiçik duş kabinəsi. Culiya Hill ağac-evdə 738 gün yaşayıb. Uzun mücadilədən sonra o, “Luna”nı ölümdən qurtara bilib.  Qızın əzminə  məğlub olan şirkət nəinki “Qırmızı ağac”ın, ümumiyyətlə,  Culiyanın yaşadığı Stenford şəhərində nəzərdə tutulan bütün ağacların kəsilmə prosesini dayandırdı. 
 Culiya Hill bu hərəkəti ilə dünya ictimaiyyətinin diqqətini müasir dünyamızın ciddi problemlərindən birinə-ağacların kəsilməsinə cəlb edə bildi. Bu gün də Culiya təbiəti mühafizə və heyvanları müdafiə təşkilatlarında aktiv şəkildə iştirak edir.

Demədi Demə

12:11 04.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə