Dünya 100 il sonra necə olacaq?

591 baxış

Bir əsr əvvəldəki həyat barədə yazılan kitabları oxuduqca, filmlərə baxdıqca həmişə düşünürəm: 100 il əvvəl yaşasaydım, nə edərdim?  Təbii ki, bu sualın cavabı müxtəlif istiqamətlidir. Amma, hər halda cavab var. Çətini, “100 il sonra yaşasam, nə olacaq?” sualına cavab tapmaqdır.  Elmi yeniliklərlə bağlı yayılan son xəbərlərdə deyilir ki, İngiltərədə cavabı bilənlər var. 


100 il sonra ən yüksək binaları geridə qoyacaq super göydələnlər, balon içində qurulan sualtı şəhərləri və origami mebellər  haqqındakı  təxəyyüllər həqiqət ola bilər. 
Samsung SmartThings Gələcəkdəki Yaşam Hesabatına görə, müasir avtomobillər yaxın yüz ildə tarixə qovuşacaq. Bildiyimiz “dekorasiya” anlayışı tamamilə deformasiyaya uğrayacaq. Evdə oturub 3D printer ilə  çap olunmuş yemək yeyə biləcəyik. Kosmosda kaloniyalar qurulacaq. Hesabat istinad nöqtəsi kimi, 10 il öncə nəzəriyyə olan elmi yeniliklərin sürətlə praktikada tətbiq olunmasını göstərir. Bir sözlə, adam bu hesabatdakı yeniliklər haqqında eşidərkən bundan sonra nə az, nə çox, elə yüzcə il yaşamaq istəyir. 
SmartThingsin Gələcəkdəki Yaşam Hesabatını televiziya aparıcısı və məşhur  kosmik araşdırmaçı Dr. Maggie Aderin-Pocockun da üzv olduğu lider akademiklər qrupu hazırlayıb. Onlar hesabatın hazırlanması prosesində müxtəlif təbəqədən olan 2000  nəfərin doldurduğu anket üzərində çalışıblar. 
Hesabata cavabdeh olan şəxs Samsung SmartThingsin İngiltərədəki İdarəetmə üzrə direktoru James Monighandır.  O, öz açıqlamasında deyib:  “Getdikcə, daha ağıllı texnologiyalar həyatımıza daxil olur. Məsələn, ağıllı evlər yad insanlardan tutmuş, sevimli ev heyvanları, tüstü, nəmişlik, işıqlandırma və rütubətə reaksiya verə bilir. Bu, hələ başlanğıcdır. “Ağıllı ev  inqilabı”  həyat tərzimizə 360 dərəcə  təsir göstərəcək”. 
Mister Monighan əmindir ki, gələcəkdə şəhərlər daraldıqca torpağı qaza-qaza daha dərinə enəcəyik.  Üzüyuxarı da binalar günbəgün ucalacaq. Avtomobillər yerini birnəfərlik uçan maşınlara verəcək. Texnologiya inkişaf etdikcə yaşam standartlarımız dəyişəcək.

 Bundan əlavə, hesabatı hazırlayanlar dünya əhalisinin sayındakı artımı da nəzərə alıb. Onlar getdikcə insan payına daha az ərazi düşəcəyini,  tükənmək üzrə olan təbii sərvətlərin qənaətlə işlədilməsinin labüdlüyünü vurğulamaqdan da çəkinmirlər. 

SmartThings Gələcəkdəki Yaşam Hesabatında əsas müddəalar aşağıdakılardır: 
  
 -Kosmosda kaloniyalar quracağıq. Əvvəlcə Ayda, Marsda, ardınca da qalaktikamızın sərhədlərindən kənarda kaloniyalar yaradacağıq. 
 -Super göydələnlər. Karbon nano balonlar və almaz nano qovşaqlar sayəsində müasir hündürmərtəbəli binalara kölgə salan göydələnlər, megalayihələr inşa ediləcək. 
 -Yeraltı göydələnləri. Torpağı  qaza-qaza aşağı enməyə də davam edəcəyik.  Ayağımızın altında 25 və daha çox mərtəbəli binalar olacaq. 
-Sualtı şəhərləri.  İnsanların rahat nəfəs alması naminə suyun özündən süni atmosfer təbəqəsi yaradılacaq. Hidrogendən yanacaq hazırlanacaq. Sualtı şəhərləri daha fərziyyə yox, real olacaq. 
-Uçan maşınlar. İki küçə o tərəfdəki qohumumuza uçaraq qonaq gedəcəyik. Bu bir yana dursun, evimizi xodlayaraq dünyanın istənilən nöqtəsinə uzağı bir sutkaya uçub çata biləcəyik. 

Bəli, evimiz uçacaq… Axşamdan naviqatora gedəcəyimiz adanın koordinatlarını yazacağıq, yanacaq çənini, yaxud elektriklə işləyən mühərrikin batareyasını  dolduracağıq və başımızı yastığa söykəyib yatacağıq. Zəngli saatın səsinə oyananda Sakit okeandakı bir adanın sakinləri ilə salamlaşacağıq. 


-3 ölçülü printerlərdən çıxan ev və mebellər. Evimizdən uzaqda olsaq da, ev rahatlığına yaxın olacağıq. Necə? 3 ölçülü printerlərlə evimizin kopyasını yaradaraq… 
-Elastik, ağıllı divarlar.  Daha evi necə dekorasiya etmək haqda

Demədi Demə

11:32 05.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə