Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı - Əslində kimdir?

486 baxış

Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında 59-cu yerdədir
Bloomberg.com dünyanın ən varlı iş adamlarının siyahısını yeniləyib.

Fins.az xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 59-cu pillədə göstərilir. Onun 17,7 milyard sərvəti var.

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.Bloomberg.com-un iyulun 17-də açıqladığı siyahının lideri “Amazon” şirkətinin sahibi Ceff Bezosdur. O, 125 milyard dollarlıq varidata sahibdir.

İkinci pillədə 108 milyard dollarlıq var-dövlətlə “LVMH” şirkətlər qrupunun (Fransa) prezidenti Bernar Arno gəlir.

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts 107 milyard dollarlıq varidatla üçüncü yerdə qərarlaşır.

Reytinq cədvəlinin dördüncü pilləsində 83,9 milyard dollarla sərmayəçi Uorren Baffet (ABŞ), beşinci pilləsində 79,5 milyard dollarla “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (ABŞ) durur

Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur.[2] Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı[3], anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi[1].

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

Demədi Demə

11:30 16.09.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə