Qadın döşlərində şişkinlik - Ondan maye də gəlirsə...

461 baxış

Tibb üzrə fəlsəfə doktoru, cərrah-onkoloq, mammoloq Günay Əhmədova 
Əlaqə nömrələri: (+994) 50-549-67-77
İnstagram: https://www.instagram.com/cerrah_mammoloq_onkoloq/
Facebook: https://www.facebook.com/Mastopatiya-1671027209812231/
Sayt: https://www.gunayahmadova.com/​
Blog: http://sudvezixercengi.blogspot.com/​

"Mastopatiya" termini altında 30-a yaxın sinonim birləşdirilir — süd vəzisinin displaziyası, süd vəzlərinin dishormonal hiperplaziyası, fibroadenomatoz, Şimmelbuş xəstəliyi, xroniki kistoz mastit, mazoplaziya, kistoz mastopatiya, mastodiniya və s.

Bütün bu və digər terminlər, adətən süd vəzlərində bu xəstəlik zamanı rast gəlinən çoxsaylı morfoloji dəyişiklikləri izah eləmək üçün tətbiq edilir.

Praktiki təbabətdə "mastopatiya" termini süd vəzilərinin çoxsaylı xoşxassəli xəstəliklərinə aid işlədilir, hansı ki, kliniki əlamətləri və əsas da histomorfoloji strukturuna görə bir-birindən fərqlənir, amma yaranma səbəbləri – orqanizmdə hormonal balansın pozulmasına görə oxşardırlar.

Beləliklə, mastopatiya – xoşxassəli xəstəliklər qrupu olub, morfoloji olaraq geniş spektrli həm reqressiv, həm də proliferativ proseslərlə xarakterizə olunur, hansı ki, nəticədə süd vəzilərində kistoz, fibroz və proliferativ xarakterli dəyişikliklər yaranır.

Mastopatiya nə ilə təhlükəlidir? Baxmayaraq ki, xəstəlik xoşxassəlidir və xərçəngönü hesab edilmir, süd vəzi xərçəngi diffuz mastopatiyada – 4 dəfə, kistoz forma fonunda isə – 40 dəfə çox inkişaf edir. Mastopatiyanın qeyri-proliferativ formalarında bədləşmə riski 1%-dən çox olmur, epitelin zəif proliferasiyasında – təxminəm 2,5%, güclü proliferasiyasında isə 31,5%-ə çatır.

Bu baxımdan, mastopatiyanın profilaktika və müalicəsi, eyni zamanda süd vəzlərin bəd xassəli şişlərinin real profilaktikasıdır. Çox təəssüflər olsun ki, patoloji xarakterli törəmələrin 90%-ini xəstələrin özləri təyin edir və yalnız qalan hallarda tibb işçiləri tərəfindən profilaktik baxışlar zamanı təsadüfən aşkarlanır.

Müayinələrin əksəriyyətində dishormonal hiperplaziyaların bədxassəli törəmələrlə birgə aşkarlanması, onların səbəblərinin və risk amillərinin ümumi olması, oxşar hormonal və metabolik pozğunluqlarla izah olunur.


Mammoloq - süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.
Mammoloq, Mommoloq, Mamoloq, Mamaloq, Momoloq, Mastopatiya, Mastopatiya

Demədi Demə

17:37 20.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə