Qaraciyərin GİZLİ böyüməsi - ƏSAS ƏLAMƏTLƏR

404 baxış

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr.qatroenteroloq.nazli
Facebook: https://www.facebook.com/DrNazli-Qasimova-2197011603688562/

Tibbi dildə qara ciyərin böyüməsi “hepatomeqaliya” adlandırılır. Bu patoloji vəziyyət tək qara ciyər pozulmaların simptomu deyil. Bəzi digər orqan və sistemlərin pozulmaları və xəstəlikləri zamanı qara ciyərin böyüməsi müşahidə olunur.

Qara ciyərin böyüməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərin arasında:

virus infeksiyaları (A,B,C,D,E hepatitləri);
qara ciyər hüceyrələrinin autoimmun zədələnmələri. Bu zaman qara ciyərin hüceyrələri özləri özlərini məhv etməyə başlayır.
qara ciyərin parazitar xəstəlikləri (exinokokkoz). Qurd (exinokokk) insanın orqanizminə düşdükdən sonra qara ciyərdə “yaşamağa” başlayır. Qurd böyüydükcə qara ciyərin ölçüsü (bir payı) böyüyür, qara ciyərin damarları sıxılır və bu qara ciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Exinokokkozun müalicəsi yalnız cərrahiyə üsulu ilə həyata keçirilir.
qara ciyərin şişləri və kistaları;
qara ciyər damarların patologiyaları;
spirtli içkilərin qəbulu nəticəsində inkişaf edən qara ciyər iltihabları;
mübadilə proseslərin pozulması. Bu pozulmaların nəticəsində qara ciyərdə parçalanmamış vəziyyətdə müxtəlif maddələr (dəmir, piy, qlikoqen) yığıla bilər ki, bu da öz növbəsində qara ciyərin böyüməsinə səbəb olur.
ürək-damar sistemi bir çox patologiyaları zamanı qara ciyərin böyüməsi müşahidə olunur.

Demədi Demə

17:38 12.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə