Tel: 055 882 38 34,
050 312 38 34
İnstaqram: https://www.instagram.com/ginekoloq.xayala.tahmazi/?hl=tr
Facebook: https://www.facebook.com/drxayalatahmazi/?eid=ARCMigf7lrSYus5DfJHJp6d7OxqdxArpzuXVi1j0_5gWUxiyhuICjeMU67noBvYYbmkEwtWRkrUk0crA
MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO
Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan
Keysəriyyə əməliyyatı qadinin həyatı və sağlamlığına təbii doğuşa nisbətən 12 dəfə artıq təhlükə yaratdığından yalnız ciddi göstəriş olarkən yerinə yetirilir. Göstərişlər mütləq və nisbi olmaqla 2 qrupa bölünür.
Mütləq göstərişlər:
-Tam plasenta gəlişi
-Mütləq dar çanaq
-Klinik dar çanaq (dölün baş ölçüləri ilə qadının çanaq ölçülərinin uyğunsuzluğu)
-Şiddətli qanaxma fonunda qeyri-tam plasenta gəlişi
-Doğuşa hazır olmayan doğuş yolları və qanaxma fonunda normal plasentanın vaxtından əvvəl ayrılması
-Kiçik çanaq orqanlarının doğuşa mane olan şişləri
-Uşaqlıq boynu və uşaqlıq yolunun kobud çapıqları
-Uşaqlığın cırılma təhlükəsi
-Doğuşa hazır olmayan doğuş yolları və effektiv olmayan konservativ müalicə fonunda ağır hestoz
-Uşaqlıqdakı çapıq toxumanın zəifliyi
-Ekstragenital xərçəng və uşaqlıq boynu xərçəngi
-Ciddi ekstragenital patalogiya (məs: gözün tor qişasının aralanması, ağır miopiya, ürək-damar sistemi xəstəlikləri və s.)
Nisbi göstərişlər:
-Konservativ müalicənin effektiv olmaması fonunda doğuş anomaliyaları;
-Hər hansı bir digər akuşer patalogiyası ilə birlikdə çanaq gəlişi
-İlk dəfə doğan qadının 30-dan çox yaşının olması və ya ağırlaşmış akuşer anamnezi
-Uşaqlığın inkişaf qüsurları
-Dölün bətndaxili hipoksiyası
-Göbək ciyəsi gəlişi və düşməsi
-Hər hansı bir digər patalogiya ilə birlikdə uzun müddət sonsuzluq
-30-dan çox yaşı olan qadında 39-40 həftədən artıq hamiləlik
-Süni mayalanma
-Dölün biri və ya hər ikisi köndələn vəziyyətdə və ya hər ikisi çanaq gəlişi vəziyyətində olmaqla çoxdöllü hamiləlik
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə