Bel yırtığı ağrıları - Əməliyyatsız Müalicəsi

519 baxış

Alqoloq Vüsal Eyvazov
İnstaqram: alqoloqdr.vusal
Facebook: Alqoloq Dr. Vüsal Eyvazov
Tel: 077 311 88 66
Sayt: vusaleyvazov.az
Ünvan: Babək prospekti, Bakı Medical Plaza

Günümüzdə böyüklərin 80%-i mütləq həyatının bir dönəmində bel ağrısı şikayəti ilə həkimə müraciət edirlər. Bel ağrısının əzələ toxumaları, bel oynaqları (faset oynaqlar), sümük quruluşu və ya disk yırtıqları kimi bir çox səbəbləri ola bilər. Təbii ki, bel ağrılarının səbəbləri yalnız bunlarla bitmir. Bu ağrılar aşağıdakılardır.

Disk ilə əlaqəli olan problemlər. Onurğalar arası disklərdə yaranan yırtıqlar sinir sıxışmasına səbəb olaraq beldə ağrı yaradır. Bu problem ən çox L4 və L5 disklərində yaranır. Siyatik sinirin formalaşdığı bölgədə bir sıxışma olarsa, bu adətən siyatik ağrısı olaraq bilinən ( öskürməklə, asqırmaqla, maşında səyahət edərkən və önə əyilərkən şiddətlənən) bir ağrıya səbəb olur.

Faset oynaqlarında degenerasiya. Faset oynaqlarında baş verən genişlənmə bəzən onurğa sinirlərinin onurğa kanalından çıxıdı nötələrdə sıxışa bilər. Bu isə beldə şiddətli ağrılara səbəb olur. Sinir sıxışması olmasa belə, bel arxaya doğru büküldükdə və ya sağa, sola əyildikdə, gecə yataqda dönərkən ağrılar daha da arta bilər. Ancaq bu ağrılar beldə disk yırtığında olduğu kimi ayaqlara qədər yayılan ağrılar vermir.

Spondiloz. Onurğada və diskdə olan ümumi degenerasiyaya spondiloz deyilir. Onurğa beyni sinirlərinin çıxış nöqtələrində darlığa və sinir sıxışmasına səbəb ola bilir.

Spondilolistezis-fəqərə sürüşməsi. Onurğa sütunumuz fəqərələrdən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir birinin tam üstündə olacaq şəkildə düzülmüşdür. Bəzi xəstəliklərdə onurğanın hər hansı bir bölümündə ardıcıl yerləşən iki fəqərə bir-birinin üzərində önə və ya arxaya doğru sürüşür və buna görə də fəqərələrin düzüldüyü xətti ardıcıllıq pozulur. Buna tibbi olaraq spondilolistezis deyilir. Spondilolistezis sözü iki kəlimənin birləşməsindən əmələ gəlir. Belə ki, latinca spondylo–fəqərə, listezis–sürüşmə sözlərinin birləşməsindən “fəqərə sürüşməsi” anlamina gəlir . Fəqərə sürüşməsi ən çox bel nahiyyəsində rast gəlinir daha çox da belin omaya birləşdiyi fəqərədə rast gəlinməkdədir. Bu da xalq arasinda “bel sümüyünün sürüşməsi” kimi taninmaqdadır.

Spondiloliz - Spondiloliz fəqərə qövslərinin oynaqarası defektidir. Spondiloliz Fəqərələrin üstünə düşən, təkrarlanan yük və travmaların nəticəsində, xüsusilə də gənclərdə və gimnastika ilə məşğul olanlarda tez-tez rastlanan, belin geri hərəkəti ilə artan və önə əyiləndə azalan ağrıyla xarakterizə olunur.

Onurğa qırıqları. Travmalar və ya yaşlanmağa bağlı olaraq ortaya çıxan osteoporoz, şişlər onurğa qırıqlarına səbəb ola bilər.

Demədi Demə

15:36 11.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə