Uşaqlığın Vaginal çıxarılması - Necə olur?

429 baxış

Şəhla Hüseynova (Ginekoloq)
Tel: 050 989 82 52
İnstaqram: Ginekoloq_shehla.huseynova
Facebook: facebook.com/Dr.ShehlaHuseynova/

Histerektomiyaya göstərişlər bunlardı:

Uşaqlığın çoxsaylı miomatoz düyünləri və ya tez böyüyən və təkrari qanaxmalar verən, 12 həftəlik hamiləlikdən böyük tək miomatoz düyün.
50 yaşından yuxarı qadınlarda miomanın olması. Onlar maliqnizasiyaya meylli olmasa da, bu fonda xərçəng tez-tez inkişaf edir. Buna görə də çox müəlliflərin fikrinə görə, 50 yaşından yuxarı pasientlərdə uşaqlığın çıxarılması xərçəngin profilaktikası baxımından məsləhətlidir. Lakin bu yaşda aparılan əməliyyatdan sonra, demək olar ki, çox vaxt psixoemosional və vegetativ-damar pozğunluqları ilə gedən posthisterektomik sindrom inkişaf edir.
Miomatoz düyünün nekrozu.
Burulma riski çox olan, uzun ayaqcıqlı subseroz düyün.
Miometriuma keçən submukoz düyünlər.
Yayılmış polipoz və anemiya ilə fəsadlaşan daimi çoxqanlı aybaşı.
3-4-cü dərəcəli endometrioz və adenomioz.
Uşaqlıq boynunun, cisminin və yumurtalıqların xərcəngi və bununla əlaqədar şüa terapiyası. 60 yaşından yuxarı qadınlarda uçaqlıq ən çox bu səbəbdən çıxarılır. Bu yaş dövründə əməliyyat osteoporozu ağırlaşdırır və digər somatik patologiyalar daha ağır keçir.
3-4-cü dərəcəli uşaqlıq sallanması və ya tam düşük.
Digər müalicə üsullarına tabe olmayan xroniki çanaq ağrıları.
Hamiləlik və doğuş vaxtı uşaqlığın çırılması, plasentanın bərk bitişməsi, doğuş zamanı koaqulopatiyanın inkişafı, irinli endometrit.
Doğuş və doğuşdan sonrakı dövrdə ağır qanaxma ilə müşayiət olunan dekompensasiyaolunmuş uşaqlıq hipotoniyası.

Demədi Demə

11:17 09.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə