Həkim Parazitoloq Maya Rüstəmova
Tel: 055 824 84 24
050 319 93 62
070 898 03 40
İnstaqram: https://www.instagram.com/dr.maya_rustamova/
Facebook: https://www.facebook.com/parazitoloq
Bu fesileye aid askarid qırmızı rəngdə olur, onlara bəzən soxulcan qurdu da deyirlər. İnsana yoluxan qurdlar arasından geniş yayılanıdır. Askaridin bədəni sapşəkilli olub, hər iki ucdan sivridir. Bədəninin rəngi ağımtıl-sarı olur. Dişi fərd 15-40 sm, erkək isə 15-25 sm uzunluqda olur. Erkək fərddə dişi fərddən fərqli olaraq, quyruq bir qədər qarın hissəyə yönəlib.
Onlar ən çox nazik bağırsaqda inkişaf edir və bir gündə 200 minə qədər yumurta qoyur. Bu qurdlar insan orqanizminə qida vasitəsi ilə düşür, çox vaxt bağırsağın divarında və venaların ətrafında inkişaf edirlər. Bu təhlükəli qurdlar damarlar vasitəsilə ürəyə və ağ ciyərə gedə bilər. Bəzən ağız boşluğundan çıxan bu qurdlar insan orqanizm üçün çox zərərlidirlər. Bəzən bağırsağın fəaliyyətini pozurlar ki, bunun da nəticəsində bağırsaq keçirməzliyi yaranır və bunu da ancaq əməliyyat yolu ilə aradan götürmək mümkündür. Askaridlərin yaranma səbəbi - çirkli əllər, yuyulmamış meyvə-tərəvəz, tam bişməmiş qida, çirkli su və milçəklərdir. İlk növbədə şəxsi gigiyena gözlənilməli və ən əsası isə evdə ayaqyolu təmiz olmalıdır.
Askaridin bağırsaqda inkişaf etməsi hamilə qadınlar üçün də çox təhlükəlidir. Askaridanın sürfəsi cifti deşərək dölün bədəninə daxilə ola bilir. Əgər sürfə dölün beyninə daxil olarsa onun beyni normadan çox böyük olur ki, bu da çox çətin doğuşa səbəb olur. Buna görə də hamilələr qidalarına və şəxsi gigiyenalarına mütləq fikir verməlidirlər ki, özlərinin və gələcək körpələrinin sağlamlığını təhlükə altında qoymasınlar.
Daha ətraflı videoda...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə