Azərbaycanlı həkim bir iynə ilə xəstəni sağaltdı - BAXIN

466 baxış

Alqoloq Vüsal Eyvazov
İnstaqram: alqoloqdr.vusal
Facebook: Alqoloq Dr. Vüsal Eyvazov
Tel: 077 311 88 66
Sayt: vusaleyvazov.az
Ünvan: Babək prospekti, Bakı Medical Plaza

Bel ağrılarının müalicəsi
Günümüzdə böyüklərin 80%-i mütləq həyatının bir dönəmində bel ağrısı şikayəti ilə həkimə müraciət edirlər. Bel ağrısının əzələ toxumaları, bel oynaqları (faset oynaqlar), sümük quruluşu və ya disk yırtıqları kimi bir çox səbəbləri ola bilər. Təbii ki, bel ağrılarının səbəbləri yalnız bunlarla bitmir. Bu ağrılar aşağıdakılardır.

Disk ilə əlaqəli olan problemlər. Onurğalar arası disklərdə yaranan yırtıqlar sinir sıxışmasına səbəb olaraq beldə ağrı yaradır. Bu problem ən çox L4 və L5 disklərində yaranır. Siyatik sinirin formalaşdığı bölgədə bir sıxışma olarsa, bu adətən siyatik ağrısı olaraq bilinən ( öskürməklə, asqırmaqla, maşında səyahət edərkən və önə əyilərkən şiddətlənən) bir ağrıya səbəb olur.

Faset oynaqlarında degenerasiya. Faset oynaqlarında baş verən genişlənmə bəzən onurğa sinirlərinin onurğa kanalından çıxıdı nötələrdə sıxışa bilər. Bu isə beldə şiddətli ağrılara səbəb olur. Sinir sıxışması olmasa belə, bel arxaya doğru büküldükdə və ya sağa, sola əyildikdə, gecə yataqda dönərkən ağrılar daha da arta bilər. Ancaq bu ağrılar beldə disk yırtığında olduğu kimi ayaqlara qədər yayılan ağrılar vermir.

Spondiloz. Onurğada və diskdə olan ümumi degenerasiyaya spondiloz deyilir. Onurğa beyni sinirlərinin çıxış nöqtələrində darlığa və sinir sıxışmasına səbəb ola bilir.

Spondilolistezis-fəqərə sürüşməsi. Onurğa sütunumuz fəqərələrdən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir birinin tam üstündə olacaq şəkildə düzülmüşdür. Bəzi xəstəliklərdə onurğanın hər hansı bir bölümündə ardıcıl yerləşən iki fəqərə bir-birinin üzərində önə və ya arxaya doğru sürüşür və buna görə də fəqərələrin düzüldüyü xətti ardıcıllıq pozulur. Buna tibbi olaraq spondilolistezis deyilir. Spondilolistezis sözü iki kəlimənin birləşməsindən əmələ gəlir. Belə ki, latinca spondylo–fəqərə, listezis–sürüşmə sözlərinin birləşməsindən “fəqərə sürüşməsi” anlamina gəlir . Fəqərə sürüşməsi ən çox bel nahiyyəsində rast gəlinir daha çox da belin omaya birləşdiyi fəqərədə rast gəlinməkdədir. Bu da xalq arasinda “bel sümüyünün sürüşməsi” kimi taninmaqdadır.

Spondiloliz - Spondiloliz fəqərə qövslərinin oynaqarası defektidir. Spondiloliz Fəqərələrin üstünə düşən, təkrarlanan yük və travmaların nəticəsində, xüsusilə də gənclərdə və gimnastika ilə məşğul olanlarda tez-tez rastlanan, belin geri hərəkəti ilə artan və önə əyiləndə azalan ağrıyla xarakterizə olunur.

Onurğa qırıqları. Travmalar və ya yaşlanmağa bağlı olaraq ortaya çıxan osteoporoz, şişlər onurğa qırıqlarına səbəb ola bilər.

Bu ağrılar üçün diaqnoz dəqiq bir müayinədən sonra qoyulur. Disk yırtığına əsaslanan ağrıların ancaq 2 %i üçün əməliyyat məsləhət görülür. Çünki artıq Alqologiya, Ağrı elmi sayəsində xəstələrin 98 % -i ağrılardan azad olur.

Qeyd edək ki, disk yırtığı səbəbi ilə yaranan ağrılar üçün Epidural steroid və Transforaminal steroid inyeksiyalar tətbiq edilir. Bu müalicə metodları nəticəsində xəstə ağrılardan, sinir sıxışmalarından azad olur. Əgər xəstədə disk yırtığına bağlı sinir sıxılmaları, şişkinlik, ağrılar keçərsə, sadəcə qalıq ağrılar qalarsa, hansı ki, bunu disk yırtığı yaratmır, ağrı qalan nahiyəyə (məsələn, ayaqda) DRG (Dorsal qanqlion bloku) tətbiq edilir və ağrı verən sinir radiofrekansla yandırılır. Bel ağrıları üçün Ağrı Müalicə Mərkəzimizdə bir çox prosedurlar həyata keçirilir. Dəqiq müayinədən sonra ilk olaaq diaqnostik blok, daha sonra isə ağrıları tamamilə aradan götürmək üçün qalıcı prosedur tətbiq edilir.

Demədi Demə

18:18 01.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə