Nəcisdə qan varsa bu xəstəliklərdən xəbər verir?

887 baxış

Mədə qanaxması. Bu əlamət  müxtəlif  mədə  xəstəliklərinin  ən ciddi  və  təhlükəli  ağırlaşmalarından  biri  hesab  edilir.  Bəzi  hallarda  qanaxma  bu  və  ya  digər  mədə  xəstəliyinin  aparıcı  əlamətlərindən  biri  kimi  böyük  diaqnostik  əhəmiyyət  kəsb  edir.  Mədə-bağırsaq  traktının  xəstəliklərində  qanaxma  olduqda  qan  ağız  boşluğundan  və  ya  bağırsaqlardan,  yaxud  bunların  hər  ikisindən  eyni  vaxta  xaric  oluna  bilər.  Daha  çox  hallarda  ağız  boşluğundan  qanaxma  mədə  xorası  və ya  mədə  xərçənginin,   eroziv qastritin və  bu  xəstəliklər  zamanı  damarların  divarının  xoralaşması  əlaməti  ola  bilər. Bununla  belə  yadda  saxlamaq  lazımdır  ki,  belə  qanaxma  qaraciyər  sirrozu  zamanı  qida  borusunun  varikoz  genişlənmiş  venalarından,  həmçinin  hemorragik  diatezlər ( verə  bilər.   Mədə  qanaxmasının  digər  səbəbləri  mədə  polipləri,  divertikulları  və  xoşxassəli  şişlər,  mədə  vərəmi  və  sifilisi,  damar  xəstəlikləri və  qanın  laxtalanma  sisteminin  xəstəlikləri  də  ola  bilər.

Mədə  qanaxmasının  əsas  əlamətləri  (birbaşa  əlamətləri)  qanqusma ( haematemesis ) və  qara  qətranabənzər  nəcis  ifrazının  (maelena)  olmasıdır.  Qanqusma  bir  qayda  olaraq  qanaxma  nəticəsində  mədədə  qanın  miqdarı  500 ml-dən  artıq  olan  hallarda  müşahidə  olunur.  Bu  zaman  qusuntu   kütləllərinin rəngi  xlorid  turşusunun  sekresiyasının  vəziyyəti  və  qanaxmanın  sürəti  ilə  təyin  edilir.  Belə ki,  mədənin  turşu  ifrazetmə  funksiyasının  saxlanılmış  olduğu  hallarda  qusuntu  kütlələri  qəhvə  xıltı  rəngini  alır.  Bu  xlorid  turşulu  hematinin  əmələ  gəlməsi ilə  izah olunur.  Xlorid  turşusunun   sekresiyasi  aşağı  olan  xəstələrdə  qusuntu  kütlələrində dəyişilməmiş  qan  qarışığını   aşkar  etmək  mümkündür.  Bununla  belə  külli  miqdarda  və  sürətli   qanaxma  zamanı  al  qırmızı  rəngli  qan  qusma  mədə  turşuluğu  saxlanılmış  olduqda  belə  müşahidə  edilə  bilər.  Melena  əksər  hallarda  qanqusmanı  müşaiyət  edir, hərçənd  ki,  qanqusma  olmadan  da  müşahidə  oluna  bilər.  O,  adətən  qanaxmadan  8-12  saat  sonra  meydana  çıxır,  nəcisdə  qara  rəngi  dəmir-sulfidin, həmçinin  proto və  deyteroporfirinlərin  əmələ   gəlməsi  ilə  əlaqədardır. Bu  maddələr  bağırsaqlarda  fermentativ  proses-lər  nəticəsində  hemoqlobindən  əmələ  gəlirlər.  Bəzi  hallarda  mədə  qanaxması  zamanı  (hətta  profuz, güclü)  qanqusma  və  melena  əlamətləri  olmur  və bu  zaman kliniki  mənzərədən  ön  plana  zəiflik,  baş-gicəllənmə,  huşun  itməsi, AT-nin  enməsi, taxikardiya  və  s. kimi  ümumi  əlamətlər  çıxır.  Mədə  qanaxmanın  gecikmiş  mərhələsində  prosesə  digər  orqan  və  sistemlərin  zədələnmə  əlamətlərinin  qoşulması  müşahidə  olunur.

Güclü  mədə  qanaxmasından sonra  xəstələrin  dərisinin  və  selikli  qişalarının  nəzərəçarpan  avazıması  müşahidə  edilir.  Belə  avazıma,  həmçinin  nəcislə  birgə  az  miqdarda  qanın  gizli  və  uzun  müddət  ərzində  xaric  olunması  zamanı  da  nəzərə  çarpır.  Dəri  örtüklərinin  mumabənzər  və  ya  torpaq  rəngini  alması  mədə  xərçənginin  gecikmiş  mərhələlərində  baş  verir.

Bağırsaq  qanaxması  müxtəlif  xəstəliklərin  vacib  diaqnostik  əlaməti  hesab edilir.  Bu  simptoma  bağırsaq  şişləri,  babasil,  QSXK,  dizinteriya, qarın  yatalağı,  bağırdak  divertikulları,  müsariqə  arteriyalarının  tromvozu  zamanı  rast  gelinir.  Nazik  bağırsağın  zədələnməsi  zamanı  qanaxma  adətən,  qara  rəngli  qatranabənzər  nəcis  ifrazı  (melena)  ilə  təzahür  olunur.  Qanaxma  mənbəyinin yoğun  bağırsaqda   yerləşdiyi  hallarda  nəcisə  rəngi  dəyişməmiş  al-qırmızı  rəngli  qan  qarışır.  Dizinteriya  və  S-əbənzər  bağırsaq  xərçəngi  zamanı  adətən  qanın  selik  və  nəcislə  qarışması  baş  verir.  Babasil  zamanı  defekasiya  aktının  sonunda  təmiz  al-qırmızı  qan  damcılarının  xaric  edilməsi  müşahidə  edilir.

Demədi Demə

09:57 10.09.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə