Siqaret çəkən kişilər - Qadını məmnun edə bilmir?

358 baxış

Azər Mirzəyev
Tel: 050 311 36 88
İnstaqram: dr.azer_mirzoev
Facebook: Azer Mirzoev

Dünyada hər il 5 milyon insanı məhz tütün öldürür. Ağciyər xərçəngindən dünyasını dəyişən insan ölümlərinin 90 faizinin əsas səbəbinin siqaret olduğunu vurğulayıb. Xroniki bronxit və astma kimi nəfəs darlığı və tənəffüs sistemi xəstəliklərinin ən mühüm səbəbi də siqaretdir. Bu xəstəliklərin ölümlə nəticələnmə göstəricisi də məhz siqaretdən asılıdır. Belə ki, ölənlərin arasında siqaret çəkənlər çəkməyənlərlə müqayisədə 40 dəfə çoxdur.

Bundan başqa, siqaret qan dövranı və damarlara mənfi təsir edərək beyin damarı xəstəlikləri və iflic olma riskini də artırır.  

Siqaret hansı xəstəliklərin əmələ gəlmə riskini artırır?

Siqaret: ağciyər başda olmaq üzrə, boğaz, prostat, diş əti ağız, sidik kisəsinin, yemək borusu, dil, mədəaltı vəzi, badamcıq vəzisi və uşaqlıq ağzı xərçəng xəstəliklərinin əmələ gəlmə riskini artır. Həmçinin kişilərdə də gücsüzlük, iflic, xora, xroniki bronxit, ayaq damar xəstəlikləri, infarkt, sonsuzluq və başqa xəstəliklərə səbəb olur.
0 Yorum

Demədi Demə

18:37 22.02.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə