Uşağın nəcisindən pis qoxu gəlirsə - ANALAR baxın!

1254 baxış

Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81

Anaların çox narahatlığına səbəb olan bir əlamətdir.
Uşaqlarda ağız qoxusunun ən sıx səbəbləri: Diş, diş əti, damaq problemləri ilə əlaqəli olub, Üst tənəffüs yolu xəstəlikləri, Boğaz infeksiyaları, Burun və Burunətrafı ciblərin iltihabında, Ağciyər, bəzi metobolik xəstəliklərdə, Mədə, Qida borusu və Reflyuks xəstəliyində də uşağın nəfəsindən xoşagəlməz qoxu gələ bilər.
Bundan başqa allergik xəstəliklər, allergik rinitə bağlı burun tıxanıqlıqlarında uşaq ağızla nəfəs aldığı üçün, ağız quruluğuna bağlı xoşagəlməz qoxu əmələ gəlməyə başlayır.
Körpələrdə yeyilən qidalar diş səthi, dilin arxası və badamcıqlar üzərində toplanıb qaldığında ağız boşluğunda bakteriyaların bu qidaları parçalayaraq sülfürlü birləşmələr əmələ gətirir və ağızda pis qoxu əmələ gəlir. Uşaqlarda burunda qalan yad cisimdə qoxu yaradır.
Uşaqlarda metobolizm sürətli getdiyi üçün gün ərzində mayeyə tələbatda yüksəlmiş olur. Bol maye qəbul etməyincə ağız boşluğunda quruluq və pis qoxu əmələ gəlməyə başlayır. Uşaqların qəbul etdiyi bəzi dərman preparatları da (allergiya əleyhinə dərmanlar) ağız quruluğuna bağlı pis qoxu əmələ gəlməsinə səbəb olur. Uşaqların uzun müddət istifadə etdiyi əmzik və yemək şüşələri ağız boşluğunda bakteriyaların artıb çoxalmasına və pis qoxuya səbəb olur. Əmzik və yemək şüşələrini tez tez dəyişdirmək lazımdır.
Uşaqlarda qida borusu və mədə arasında məsafə qısa olduğundan yeyəcəklər asanlıqla qida borusuna geri qayıdaraq qoxuya səbəb olur. Bundan başqa Parazitar xəstəliklər, Ağciyər, bəzi metabolik xəstəliklər, şəkər,qaraciyər və böyrək çatmazlığı da ağız qoxusunun az rast gəlinən səbəblərindəndir.
Ağız qoxusunu önləmək üçün ağız gigiyenasına ciddi fikir vermək lazımdır. Dişlərlə yanaşı dilin səthi də hər qidalanmadan sonra təmizlənməlidir, bol maye qəbul etməklə ağız quruluğunun qarşısını almaq, yuxarı tənəffüs yolu infeksiya və altda yatan yuxarıda sadalanan hər hansı bir problem varsa mütləq Pediatra müraciət etmək lazımdır.

Demədi Demə

14:27 17.02.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə