Şəhla Hüseynova (Ginekoloq)
Tel: 050 989 82 52
İnstaqram: Ginekoloq_shehla.huseynova
Facebook: facebook.com/Dr.ShehlaHuseynova/
Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu inkişafdan qalmış hamiləliyin bir növüdür.
Anembrional hamiləlik zamanı mayalanma baş verdikdən sonra döl yumurtasının qişaları inkişaf edir, embrion isə inkişaf etmir. Lakin buna baxmayaraq qadında bütün hamiləliyin əlamətləri müşahidə olunur - menstruasiyalar kəsilir, qadın yorğunluq və yuxululuq hiss edir, süd vəzilərinin həssaslığı artır. Hamiləlik testləri müsbət nəticə göstərir (iki xətt), qanda xorionik honadotropin hormonunun səviyyəsi artır, sarı cisim inkişaf edir.
Anembrional hamiləlikdən USM zamanı şübhələnmək olar. İlk USM hamiləliyin 6-7-ci həftəsində (axırıncı menstruasiyanın ilk günündən sayılır) keçirilməlidir. Bu çox vacibdir. USM vasitəsilə uşaqlıqdan kənar hamiləliyi və anembrional hamiləliyi istisna etmək mümkündür.
Hamiləlik normal inkişaf etdikdə 6-cı-7-ci həftəsində USM zamanı uşaqlıq boşluğunda daxilində embrion olan döl yumurtası izlənilir və dölün ürək döyünməsi eşidilir. Döl yumurtasının daxilində embrion izlənmədikdə və dölün ürək döyünməsi aşkar olunmadıqda, həkim anembrional hamiləliyin ilkin diaqnozunu qoyur və 1 həftədən sonra təkrar USM-dən keçməyini tövsiyə edir. Bir çox hallarda təkrar müayinə zamanı embrion "tapılır". Bu səbəbdən anembrioniyanın ilkin diaqnozu qoyulduqda vahiməyə düşməyin və 1 həftədən sonra mütləq təkrar USM-dən keçin.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə