Qadınlarda qanaxma - Aybaşıdan əvvəl baş veribsə...

430 baxış

Facebook: https://www.facebook.com/uzm.dr.resadsultan/
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: +994 51 717 55 15

Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir. Reproduktiv dövrdə olan qadınlarda 20-40% müşahidə edilir. Hormona həssas kütlələr olub, reproduktiv dövr ərzində yavaş-yavaş böyüyə bilir, klimaksdan sonra qadınlıq hormonlarının azalması ilə birlikdə kiçilməyə başlayırlar.

Miomaların səbəbi məlum olmamaqla birlikdə, irsi və genetik meyllilikdən bəhs edilə bilər. Məsələn, Afro Amerikan qadınlarda 80% rast gəlinir.

Miomaların 50%-i müayinə zamanı təsadüfən ortaya çıxır və heç bir şikayətləri olmur. Şikayət olunan miomaların səbəb olduğu əlamətlər isə miomanın uşaqlıq daxilindəki yer və ölçüsündən asılıdır. Uşaqlıq daxilindəki menstruasiya olan təbəqəyə yaxın olanlar, menstruasiya qanaxmasının çox olmasına, sancılı menstruasiyalara  və qansızlığa səbəb ola bilər. Uşaqlığın xarici hissəsinə yaxın olanlar isə ətraf orqanlara göstərdikləri təzyiq səbəbi ilə diureya baş verir, qəbzlik, şişmə və qasıq nahiyələrində olan ağrılar kimi şikayətləri olur. Hamilə qalmaq istəyən qadınlarda miomalar olduqları yer və ölçüsünə görə hamiləlik şansını azalda bilər, uşaq salma və erkən doğuşa səbəb ola bilər.
Daha ətraflı videoda...

Demədi Demə

17:47 26.01.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə