Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81
Çölyak xəstəliyi
Bu xəstəliyə Selyakiya da deyilir. Biz valideynə bu diaqnoz haqqında deyərkən çoxları bunu ilk dəfə eşitmiş olurlar. Bu xəstəlik nədir, ələmətləri nələrdir - bu suallar valideynləri maraqlandırır.
Çölyak xəstəliyi un məmulatlarında arpa, çovdardan hazırlanan məmulatlarda qluten adlı bir maddəyə qarşı uşaqda həssaslığın olmasıdır.
Günay Rəsulova
İlk altı ayda çölyaka dair əlamətlər uşaqda olmur. Çölyak xəstəliyi uşaqlar xüsusilə altı aylığından etibarən əlavə qidalara keçdikdən sonra əlamətlərlə üzə çıxmağa başayır. Bu əlamətlər daha çox bağırsaqla bağlı şikayətlərlə üzə çıxmağa başlayır. Qarında ağrı, sancı aşırı qaz, yağlı və pis qoxulu nəcis, uşağın gündən-günə çəki itirməsi, fiziki inkişafdan qalması, böyük qarın, ishal, bəzən də qəbizliklə özünü göstərir. Çölyak xəstəliyi un məmulatarının qida rasionunda olmasına bağlıdır.
Günay Rəsulova
Çox vaxt bu həssasıq genetik ötürülür. Pasientlər bizə çox vaxt xəstəliyin irəliləmiş mərhələlərində və ağırlaşmalarda müraciət edirlər. Çünki bəlli olana qədər bu diaqnoz qoyulmamış olur. Çölyak xəstəliyində bağırsaq simptomları ön planda olduğuna görə çox vaxt bu uşaqlar yalançı diaqnozlar adı altında aylarla müalicə alırlar. Əsasən də dizbakterioz adı altında müalicə alırlar. Bu diaqnoz demək olar ki tibbdə yoxdur.
Günay Rəsulova
Bundan başqa bağırsaqda mikrob deyilərək aylarla hətta antibiotik müalicəsi yazırlar. Əslində isə uşağın bu narahatlıqlarının səbəbi Çölyak xəstəliyidir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə