Dr. Elşən Qədimov
Facebook: https://www.facebook.com/dr.elshan83
İnstaqram: dr.elshan.qedimov
Tel: 050 458 66 57
Bütün şişlər xoşxassəli və bədxassəli şişlərə ayrılır. Bu şişləri bir birindən fərqləndirən müxtəlif əlamətlər var.
1. Xoşxassəli şişlərin hüceyrələri quruluş və funksiyalarına görə normal (sağlam) hüceyrələrə bənzəyir.
Bədxassəli şişlərin hüceyrələri orqanizmin sağlam hüceyrələrindən ciddi fərqlənirlər. Bəzən bu fərq o dərəcədə çox olur ki, mikroskop altında bu şiş hansı toxuma və ya orqandan inkişaf etməsini müəyyən etmək mümkün olmur. Bu ondan izah olunur ki, bədxassəli şişlərin hüceyrələri böyük sürətlə bölünür və bu səbəbdən normal hüceyrələrə hətta bənzəməyə "çatdırmırlar". Şiş hüceyrələri adətən "eybəcər" olur və bir birinə bənzəmirlər.
2. Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır.
3. Bədəxassəli şiş böyüdükdə onun hüceyrələri qoparır və qan və ya limfa axını ilə digər orqanlara yayıla bilir. Nəticədə burada ikincili şiş inkişaf etməyə başlayır. Yalnız bədxassəli şişlər metastazlar verir. Xoşxassıli şişlərə bu proses xas deyil.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə