Lyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba səbəb olur.
Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha tez-tez təsadüf edilir.
Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür, sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur (uzun müddət ərzində sağ qalır). Lyamblialar insan orqanizminə çirkli su, yuyulmamış meyvə, tərəvəz, giləmeyvələrdən, çirkli qablardan, oyuncaqlardan və s. düşə bilər. Həmçinin milçək və tarakanlar da lyambliaları daşıya bilər. İnsan orqanizminə düşdükdən sonra lyamblialar sürətlə çoxalmağa başlayır.
Bir çox hallarda lyamblia ilə yoluxma özünü heç bir əlamətlə büruzə verməyə bilər və özü özündən müalicəsiz keçə bilər. İnsanın immun sistemi lyambliaları məhv edir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə