Xərçəng xəstəliyindən necə qoruna bilərik - Dr Elşən Qədimov

389 baxış

Dr. Elşən Qədimov
Facebook: https://www.facebook.com/dr.elshan83
İnstaqram: dr.elshan.qedimov
Tel: 050 458 66 57

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müainəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.

Bundan başqa, maşayabənzər alətlə bağırsağın selikli qişasından kiçik toxuma nümunələri də götürmək (Biopsiya) və onu mikroskop altında müayinə etmək mümkündür. Tələb olunarsa nazik bağırsağın son santimetrlərinə də baxmağa cəhd etmək olar. Əgər yoğun bağırsağın bütün hissələrinə deyil, yalnız bağırsağın aşağı hissəsi olan düz bağırsağa baxılırsa, bu halda söhbət Rektoskopiyadan (düz bağırsaqın müaynəsi) gedir.

Bağırsağın müayinəsi həm ambulator şəraitdə, əksər hallarda daxili xəstəliklər üzrə ixtisaslaşmış müayinəxanada, yaxud da stasionar şəraitdə Həkim-Qastroenteroloq tərəfindən aparılır.
Daha ətraflı videoda...
 

Demədi Demə

13:38 21.12.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə