Həkim xəstənin qarnını kəsib atdı - Abdominoplastika (Qarın gərmə əməliyyatı)

673 baxış

Estetik Plastik Rekonstruktiv Cərrah
Dr. Rövşən Babayev
Facebook: Estetik Cerrah Dr.Rovshen Babayev
İnstaqram dr.rovshen_babayev
Tel: 050 711 51 15
Böyük və sallaq bir qarın həm kişi, həmdə qadınlar üçün rahatsızlıq mənbəyi ola bilər. Bu vəziyyət artıq yağ toxumasından, boşalmış qarın əzələsindən, hamiləlikdən və artıq gərilməyə məruz qalmış, elastikliyi azalmış qarın dərisindən qaynaqlana bilər. Xüsusilədə dieta və idmana cavab verməyən iri və sallanmış qarından qurtulmağın tək yolu əməliyyatdır. Bu yolla eyni zamanda qarında, xüsusəndə göbəkaltı nahiyədə yerləşən dəri çatlaklarındanda qurtulmaq mümkündü.

Qarın gərmə əməliyyatı kimlər üçün uyğundur:

Əgər, bədənin başqa nahiyələri ilə müqaisədə böyük qarın varsa, xüsusilədə bu qarın dieta və idmana cavab vermirsə,qarın əzələlərində boşalma varsa, göbəkaltı nahiyədə dəri çatlakları varsa. Qarın gərmə əməliyyatının məqsədi isə, artıq dəri və yağ toxumasını uzaqlaşdırıb əzələləri sıxlaşdırmaqla daha düz və çəkici görüntüyə sahib bir qarın əldə etməkdir.

Qarın gərmə əməliyyatı 18 yaşını tamamladıqdan sonra bütün yaşlarda icra oluna bilər. Ancaq çəki vermək məqsədiniz varsa, istədiyiniz çəkiyə çatdıqdan sonra əməliyyat olunsanız əməliyyatın nəticəsi daha üz güldürücü olacaq. Bəzi hallarda isə doktorunuz özü əməliyyatdan əvvəl çəki verib, sonra əməliyyat olunmağı məsləhət görəcək. Bu şəkildə icra olunan əməliyyat sizi daha çox xoşbəxt edəcək və nəticənin qalıcı olmasını təmin edəcək.

Demədi Demə

12:10 12.07.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə