Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr.qastroenteroloq.nazli
Facebook: https://www.facebook.com/DrNazli-Qasimova-2197011603688562/
Qəbizlik – həftədə 3 dəfədən az, bərk nəcis, defekasiya zorluğu, ağrılı defekasiya kimi əlamətlərlə xarakterizə olunur. Çox zaman yanaşı olaraq qarında ağrı, köp, aşırı qaz şikayətləri olur.
Qəbizliyin əsas simptomları:
* Həftədə 3 dəfədən az defekasiya
* Nəcisin qatı və həcimli olması
* Tam boşalmama hissi
*Ancaq işlədici dərman istifadə etməklə böyük bayıra getmək
*Əllə kömək etməklə defekasiya
Qəbizliyin yaranmasının əsas səbəbi bağırsaq hərəkətliliyinin azalmasıdır. Bağırsağın motorikası hər insanda fizioloji olaraq müxtəlif ola bilər. Lakin müasir dövrdə hərəkətsiz həyat tərzi, oturaq iş rejimi, quru Fast Food qidalarından çox istifadə etmə qəbizliyin əhali arasında artmasına səbəb olur. Lakin bəzən də altda yatan ciddi bir xəstəliyin nəticəsi ola bilər:
*Endokrin sistemi xəstəlikləri (Hipotireoz)
*Sinir sistemi xəstəlikləri
*Crohn və diverfikulit kimi bağırsaq xəstəlikləri
*Bağırsaqlarda tıxanmağa yol açan poliplər və ya şişlər
*Qıcıqlanmış bağırsaq sindromu
*Bəzi dərman pereparatlarının qəbulu
Ona görə xəstə hərətrəfli müayinədən keçirilməli, qəbizliyin səbəbi tapılıb müalicə olunmalıdır.
Müalicə- pəhriz, həyat tərzi dəyişikliyi, qidalanma rejimi, tualet vərdişi, dərman müalicəsi ilə kompleks şəkildə aparılır.
Qəbizlik vaxtında müalicə olunmazsa, anal kanalda çat, hemarroid düyünlər, qanama kimi fəsadlar yarada bilir!
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə