Azərbaycanlı həkimin möcüzəsi - Kəsilməli əli belə sağaltdı

532 baxış

Günümüzdə bu və ya digər səbəbdən ətrafların kəsilmələri baş verir. Bu insanları çox qorxudur. Əlbəttə insan hər hansı bir ətrafının amputasiya olunmasından, kəsilib götürülməsindən qorxacaqdır. Bu bir insanın ömürlük əlil qalması deməkdir. Günümüzdə də bununla çox rastlaşırıq. Əlbəttə bu halların yaşanmasını istəməzdik. Əgər ətrafın hər hansı bir hissəsi baş veribsə nə etmək lazımdır? İlk öncə vaxt itirmək olmaz. Dərhal həmin şəxs xəstəxanaya çatdırılmalıdır. Çünki toxumalar 2-3 saat keçdikdən sonra ölür. Bu zaman kəsilmiş yeri bərpa etmək çətinləşir. Məsələn Gəncədən bir xəstə əlinin 80-90%-i kəsilmiş halda bizə müraciət etdi. Bizdən əvvəldə həkimlərə müraciət etsə də, digər həkimlər ona amputasiya olunacağını deyilmişdi. Həqiqətən də amputasiya olunacaq dərəcəyə çatmış bir vəziyyətdə idi. Ancaq biz 6 saatdan çox çəkən əməliyyatın nəticəsi olaraq gənc oğlanın əlini xilas edə bildik. Damar bərpa olundu, median siniri, dirsək siniri bərpa olundu, vətərlər bərpa olundu, sümük köçürüldü və sonunda əl işlək vəziyyətə gətirildi.

Demədi Demə

16:18 30.05.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə