Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr.qatroenteroloq.nazli
Facebook: https://www.facebook.com/DrNazli-Qasimova-2197011603688562/
Qastro-ezofageal reflyuks xəstəliyi - Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir.
Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktur turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi zəifləyir və mədənin turşu tərkibi qida borusuna geri gəlir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə