Günəş eynəkləri alarkən ilk onun linzasının keyfiyyətinə diqqət etmək lazımdır. Linzası plastikdən olan günəş eynəkləri göz sağlamlığı üçün çox zərərlidir. Plastik linzalı eynəklər gözlərinizi ultrabənövşəyi şüalardan qorumaqda acizdir.
Gözləriniz günə, küləyə qarşı həssasdırsa, “Polarizə” linzalı eynəklərə üstünlük verin. Bu tip eynək alarkən, onun xüsusi test vasitəsilə yoxlanılmasını tələb edin. Günün çox hissəsini televizor və kompyüter qarşısında keçirənlər üçün “Antibilik” eynəklər daha məsləhətdi. Əgər “qaş düzəldən yerdə göz çıxarmaq” istəmirsinizsə, hər addımbaşı satılan ucuz və keyfiyyətsiz eynəklərdən uzaq durun.
Eynəklərin keyfiyyətli olub-olmadığını bilmək çox çətindir
Eynəklərin həqiqi və ya saxta olmasını anlamaq da çox çətindir. Amma bəzən bu tip eynəklər o qədər keyfiyyətsiz olur ki, bəzi nüanslara diqqət etməklə onları ayırd etmək olar. Məsələn, Sizin günəş eynəyiniz qəhvəyidirsə və siz ətrafdakı hər şeyi öz rəngində görürsünüzsə, onda o keyfiyyətli eynəkdir. Yox, əgər siz hər şeyi qəhvəyi rəngdə görürsünüzsə, onda o keyfiyyətsiz və sağlamlığa ziyanlı eynəkdir. Bu tip hallar daha çox uşaqlar üçün nəzərdə tutulan günəş eynəklərində rast gəlinir. Müxtəlif rəngli və bəzəkli günəş eynəkləri uşaqlarınızın körpə yaşdan gözlərinin zəifləməsinə səbəb ola bilər.
"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə