Qaraciyər sirrozunun ilkin əlamətləri nələrdir? - sizdə bu əlamətlər varsa...

1159 baxış

Həkim-qastroenteroloq, hepatoloq Nazlı Qasımova

Tel: 055 297 33 31
Facebook: https://www.facebook.com/DrNazli-Qasi...

Instaqram: dr_qastroenteroloq_hepatoloq

Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalıb. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.
Qaraciyər xərçəngi son illər bütün dünyada artmaqdadır. Bu, xərçəng səbəbi ilə ölümlərin içərisində üçüncü yerdə dayanır. Bəs bu xəstəliyin risk faktorları, əlamətləri hansılardır? 
Qaraciyər xərçəngi yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Həkim deyir ki, xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir: "Özünü xəstə kimi hiss etmək, qarında rahatsızlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də əgər hər hansı bir qaraciyər xəstəliyiniz varsa,  6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir".
 
- Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli) 
 
- Anabolik streaoidlərin qəbulu
 
- Ailəsində qaraciyər xərçəngi olanlar 
 
- Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV-DNT)
 
- Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.

Demədi Demə

16:42 21.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə