#Hepatit #Virus #NazlıQasımova
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova
Tel: (055) 297 33 31
İnstaqram: dr.qatroenteroloq.nazli
Facebook: https://www.facebook.com/DrNazli-Qasi...
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
a) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),
b) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),
c) Cinsi yolla,
d) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.
Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və adamın immun sisteminin müqavimətindnə asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişər.
Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğunluq, yüngül tempratur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur.
Uşaqların 10%-indən azında, yeniyetmələrin 30-50%-inde sarılıq görülə bilər. Virusla yoluxanların 1% -inden daha azında infeksiya kəskin qaraciyər çatmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər. Kəskin infeksiyanın təxminən 1-6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağıtma məhsulunda yüksəlmə müşahidə olunur.
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan kəslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır. Xroniki virus daşıyıcılarında primer hepatosellular karsinoma inkişaf riski daşıyıcı olmayanlara görə 200 dəfə çoxdur. Xroniki Hepatit B daşıyıcıları ilə virusun yoluxma yollarından biri ilə təmas edənlərə yalnız peyvənd etmək kafi qoruyuculuğu təmin edər.
İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti səhvdir. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur[3].
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə