Zond udmaq təhlükəlidirmi? - Anbaan görüntülər - VIDEO

1288 baxış

Bəzi insanlar zond udmaqdan qorxduqları üçün mədə-bağırsaq sistemində yaranan problemlərlə bağlı həkimə müraciət etməyə çəkinirlər. Nəticədə isə ən xırda səpki belə qısa müddətdə şiddətli, hətta ölümcül xəstəliyə çevilə bilir. Bu mərhələdə həkimə müraciət edilsə də, əksər hallarda gec olur, ya da müalicə bahalı və uzun müddətli proseslərə çevrilir. Halbuki ilk mərhələdə həkimə müraciət edilsəydi, bir neçə gündə problemlərdən qurtulmuş olacaqdı.

Bu cür halların ölkəmizdə çox yayıldığını nəzərə alıb, qastroenteroloq-hepatoloq Nazlı Qasımovanın hazırladığı videomaterialı təqdim edirik. Bu materialda siz "İnsan zond udmaqdan qorxmalıdımı?", "Bu proses ziyanlıdırmı?", Zond udmasaq, bizi xəstəliyin hansı ağırlaşmış formaları gözləyir?", "Müasir dövrdə zond udma prosesi necə gerçəkləşdirilir və ağrı verirmi?" kimi önəmli suallara cavab tapacaqsınız.
 

Demədi Demə

16:12 30.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə