Hamilə qalmaq problemi yaşayan cütlüklər nəyə diqqət etməlidir?

749 baxış

Sonsuzluq nə dərəcədə yayılmış problemdir?
 

"Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar arasında sonsuzluq hallarının artması müşahidə edilir. Belə ki, əgər 2000-ci ildə cəmi 726 sonsuzluq halı qeydə alınmışdırsa, 2013-cü ildə artıq 2289 qadına sonsuzluq diaqnozu qoyulmuşdur." 

 

Sonsuzluq ancaq qadın problemidir?
 

Xeyr. Problem həm qadın, həm də kişi ilə bağlı ola bilər.

 

Kişilərdə hansı hallar sonsuzluğa səbəb olur?
 

Hallar müxtəlif ola bilər. Səbəbi öyrənmək üçün  ilk növbədə spermanı müayinə edirlər. Spermada spermatozoidlərin sıxlığını, hərəkətini və formasını öyrənirlər. Bəzi infeksion və qeyri-infeksion xəstəliklər kişilərdə sonsuzluğa səbəb olur.

 

Spermaya təsir edən hallara aiddir
 

• Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.

• Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası

• Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi

• Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.

 

Spermaya təsir edən hallara aiddir
 

• Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.

• Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası

• Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi

• Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.

 

Qadın sonsuzluğunun səbəbi nə ola bilər?
 

Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər.

 

Yumurtalıqların fəaliyyəti
 

• Hər 24-32 gündən bir müntəzəm aybaşının olması, adətən ovulyasiyanın baş verməsindən xəbər verir. Ovulyasiya haqda qabaqcadan xəbər verən əlamətlər mövcuddur. Qadının qanında progesteronun səviyyəsini təyin etməklə  ovulyasiyanın baş verib verməməsini müəyyən etmək olar (ovulyasiya zamanı qanda progesteronun səviyyəsi artmış olur). Qadınlarda aybaşı dövrü orta hesabla 28 gün çəkir. Qanaxmanın ilk günü aybaşı dövrünün birinci günü hesab edilir.

• Qeyri-müntəzəm aybaşıları olan qadında çox güman ki, ovulyasiya baş vermir. Ovulyasiyanın olmamasına gətirən mümkün səbəblərə aşağıdakılar aid edilir:Yumurtalıqların polikistozu (YPK). YPK xəstəliyi qadın orqanizmində hormonlar arasında tarazlığın pozulması ilə müşayiət olunur və normal ovulyasiyanın baş verməsini əngəlləyir. YPK qadınlarda sonsuzluğun ən çox yayılmış səbəbidir.

• Funksional hipotalamik amenoreya (FHA). Həddindən çox fiziki və ya emosional stresə məruz qalan, o cümlədən, həddən artıq intensiv idmanla məşğul olan və ya bədən çəkisi çox aşağı olan qadınlarda FHA inkişaf edə və amenoreyaya (aybaşıların olmamasına) gətirib çıxara bilər.

• Yumurtalıqlarda ehtiyatın azalması (YEA). Yumurtalıqlarda ehtiyatın azalması adətən  anadangəlmə, tibbi, cərrahi əməliyyat səbəbindən baş verən və ya digər səbəbi aydın olmayan hallarla bağlı ola bilər. Yaşa dolduqca qadınlarda yumurtalıqların ehtiyatı təbii olaraq azalır.

• Menopauza (klimaks). Bu, yaşla bağlı yumurtalıqların fəaliyyətinin təbii azalmasıdır. Adətən, klimaks 50 yaş ərəfəsində baş verir və üzün qızdırması və qızarması, aybaşıların qeyri-müntəzəm olması ilə müşayiət edilir.

Demədi Demə

14:18 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə