Uşaqlığın sallanması – çanaq orqanlarının prolapsının (yerdəyişməsi, sallanması) bir formasıdır. O, uşaqlığın vəziyyətinin pozulması ilə xarakterizə olunur: orqan uşaqlıq yolunun girişinə qədər yerini dəyişir və hətta ondan da aşağı düşür. Müasir dövrdə bu xəstəliyə çanaq dibinin yırtığı kimi baxılır. Həkimlər bunun təsvirində "sallanma", "düşmə", "genital prolaps", "sistorektosele" kimi anlayışlardan istifadə edirlər. Uşaqlıq yolunun ön divarının sidik kisəsinin yerdəyişməsi ilə müşayiət olunan sallanması "sistosele" adlanır, arxa divarının düz bağırsaqla birgə sallanması "rektosele"adlanır. Yayılması Müasir tədqiqatlara əsasən cərrahi müalicə tələb edən sallanma riski 11% təşkil edir. Bu o deməkdir ki, hər 10 qadından ən azı biri bütün ömrü boyu bu xəstəliklə əlaqədar cərrahi əməliyyat keçirir. Əməliyyat keçirmiş qadınların üçdə birində sallanmanın təkrar yaranması baş verir. Qadın nə qədər yaşlıdırsa, bu xəstəliyin əmələ gəlmə ehtimalı da bir o qədər çoxdur. Bu xəstəlik ginekoloji patologiyaların üçdə birini təşkil edir. Təəssüf ki, Azərbaycanda qadınların əksəriyyəti menopauzada uzun müddət ginekoloqa müraciət etmirlər və poblemlərin öhdəsindən özləri gəlməyə çalışırlar, baxmayaraqki onların hər ikisindən birində bu patologiya var. Xəstəliyin cərrahi müalicəsi ən çox icra olunan ginekoloji əməliyyatlardandır. Məsələn, ABŞ-da 1 il ərzində 100 minə qədər qadın belə əməliyyat keçirir ki, buna da dövlət büdcəsinin 3%-i sərf edilir. Təsnifatı FOTO: Uşaqlıq sallanmasının dərəcələri FOTO: Uşaqlıq sallanmasının dərəcələri Normada uşaqlıq yolu və boynu geriyə, cismi isə qabağa əyilərək önə açılan bucaq əmələ gətirir. Uşaqlıq yolunun ön divarına sidik kisəsi bitişir, uşaqlıq boynu və yolunun arxa divarı isə düz bağırsağa söykənir. Sidik kisəsinin, uşaqlığın cismi və düz bağırsağın yuxarı divarları peritonla örtülüdür. Uşaqlıq çanaq boşluğunda öz bağ aparatı və aralıq əzələləri hesabına durur. Bu elementlərin zəifliyi olduqda onun sallanması və ya düşməsi baş verir. Xəstəliyin 4 dərəcəsi ayırd edilir. Uşaqlıq boynunun xarici dəliyi vaginanın ortasına qədər düşür. Uşaqlıq boynu uşaqlıq cismi ilə birgə vaginanın girəcəyinə qədər düşür, lakin xaricə çıxmır. Uşaqlıq boynunun xarici dəliyi vaginadan çölə çıxır, cismi isə yuxarıda qalıb xaricə çıxmır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə