Diqqət - Ayaqlarınız yorulursa mütləq bu videoya baxın

423 baxış

Varikoz – vena daxilindəki qapaqların pozulması nəticəsində damarların genişlənməsi ilə xarakterizə olunur. Bu xəstəliyi törədən amillərə irsi meyillik, hamiləlik, artıq çəki, hormonal dəyişikliklər və s. aiddir. 
Varikozun əlamətləri müxtəlif insanlarda fərqli formada təzahür edir. Ümumilikdə damar genişlənməsi zamanı aşağı ətraflarda ağrı, şişkinlik, qaşınma yaranır. Lakin şişkinlik təkcə varikozla deyil, daxili orqanların xəstəlikləri, limfostaz kimi patologiyalarla da bağlı ola bilər. Onları fərqləndirmək üçün bir neçə məqama fikir verilməlidir. Varikoz xəstələrində adətən səhər oyananda ayaqda şiş müşahidə edilmir və ya çox cüzi olur. Şişkinlik əsasən günün sonuna doğru artır. 
Varikozun ikinci əlaməti ayaqda yorğunluq və ağrı hissidir. Lakin hər ağrı varikozdan xəbər vermir. Belə ki, diz nahiyəsi ağrıyırsa, bu oynaq xəstəliyi, bud hissədən başlayaraq, dabana yayılan ağrı isə sinirlə əlaqəli olur. 
Varikoz zamanı ağrı baldırda yaranır, axşama doğru daha da güclənir. Xəstələrdə həmçinin gözlə görünən dəyişikliklər - damar ulduzcuqları, varikoz düyünlər, gecikmiş mərhələlərdə dəridə qaraltı, trofiki xora müşahidə olunur. 
Əgər Sizdə də bu şikayətlər varsa, damarların Doppler müayinəsi məsləhətdir. 
Bütün bu yazılanları ümumiləşdirərək bildiririk ki, varikoz bütün dünyada geniş yayılmış xəstəlikdir. Onun müalicəsi gecikdirildikdə ciddi fəsadlar yarana bilər. Bu səbəbdən probleminizə laqeyd yanaşmayın və onu vaxtında həll edin.

varikozun elametleri, varikozun əlamətləri, varikozun ilk elametleri, varikoz xesteliyi, varikoz damar genislenmesi, ayaqlarda agri, ayaqda damar agrisi, ayaqlarda siskinlik, damar agrisi, damar hekimi, dopler muayinesi, ayaqlarda damar cismasi, fleboloq

Demədi Demə

17:56 12.03.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə